Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi işə başlayıb – YENİLƏNİB

Naxçıvan, 23 noyabr, G.Əliyev, AZƏRTAC

Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres işə başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə görkəmli dövlət xadiminin zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verilib.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

Festival və konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın yaratdığı bugünkü reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası işinə stimul verir. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdış üçün zəmin yaradır.

Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Səlahiyyətli nümayəndə tarixi faktlara istinad etməklə azərbaycanlıların deportasiyasının tarixin tam açılmamış və beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almamış səhifələrindən olduğunu diqqətə çatdıraraq deyib: “Təəssüf ki, xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti müstəqilliyin ilk illərində lazımınca araşdırılmayıb. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verib, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman imzalayıb”.

“Bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır”,- deyən Fuad Nəcəfli bildirib ki, Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Artıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük yol qət edilib. Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Hazırda Qərbi Azərbaycana qayıdış konsepsiyası üç prinsipə - tarixi faktlara, beynəlxalq hüquqa və sülhə əsaslanır. Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı görülən sistemli tədbirlərin davamı kimi bu gün Naxçıvanda keçirilən festival-konqres də ciddi mövzuları əhatə edir. Məqsəd deportasiyaya məruz qalmış soyadaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Səlahiyyətli nümayəndə qarşıya qoyulan vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulayaraq, “Qərbi Azərbaycana qayıdış” konqres-festivalının təşkilatçılarına, dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Fuad Nəcəfli çıxışını Prezident İlham Əliyevin “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikirləri ilə tamamlayıb.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. Azərbaycanın elm və təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponim məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir. Bu baxımdan keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir. Konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr ediləcək. Burada yer alan tarixi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə yurdlarına qovuşmasını təmin edəcək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib: “1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiyadan əvvəl Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıblar. Lakin təəssüf ki, onların hamısı ermənilərə xas metodlarla sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Bu prosesdə 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz”,- deyə Əziz Ələkbərli vurğulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızı Qərbi Azərbaycan torpaqlarından zorla çıxaranlar və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: “Ermənistan tərəfi 4 minə yaxın itkin düşmüş soydaşlarımızla bağlı sorğularımıza cavab vermir, minalanmış ərazilərimizlə bağlı heç bir məlumat açıqlamır. Bu isə işğaldan azad olunmuş ərazilərimizə qayıdış və quruculuq prosesini ləngidir. Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 30 ildir blokada şəraitində yaşayır. Üçtərəfli Bəyanatda öz əksini tapan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların təmin olunması müxtəlif bəhanələrlə təmin olunmur”. Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Alim qeyd edib ki, bu xüsusda olan yüzlərlə yer adını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı öz tarixinə sahib çıxır: “Hesab edirəm ki, konqres min illərlə məskunlaşdığı, tarixi və təbii sərhədləri daxilində böyük maddi-mənəvi dəyərlərin nümunələrini yaşatmış xalqımızın son 200 ildə keçdiyi yolun bütün aspektlərdə əsl mənzərəsini ortaya qoyacaq.

Hər kəs elmi tədqiqatların təkzibolunmaz faktlarla ortaya qoyduğu məruzələrdə iki əsr müddətində geosiyasi vəziyyətlərin yaratdığı reallıqların ağrı-əzabları ilə yaşamış xalqımızın iradəsini görə biləcək”, - deyə o bildirib.

Bədii hissə ilə davam edən tədbir işini sabah davam etdirəcək.

 

10:14

Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, ölkəmizin və qardaş Türkiyənin nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak edirlər.

Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalıda Azərbaycan Bayrağının dalğalanması Ermənistana və havadarlarına göz dağıdır - AÇIQLAMA

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir

Balakəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub

Azərbaycan səfiri İtaliya qəzetinə müsahibəsində Xocalı həqiqətlərindən danışıb

Sakit okeanda güclü zəlzələ baş verib

Almaniyanın 50-yə yaxın şirkətinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır

Avropanın ən yaxşı iki çimərliyi Türkiyədə yerləşir

Monqolustanda sərt keçən qış 1,5 milyon ev heyvanının qırılmasına səbəb olub

İsveçrədə qəddar üsulla əldə edilən xəz məhsullarının idxalına qadağa qoyula bilər

Türkiyədə ilk dəfə turistlər üçün yaşı 5 min il olan yeraltı şəhər istifadəyə veriləcək

Amerika və Avropa aviaşirkətləri bu il də biletlərin qiymətini artırmağa çalışacaqlar

Tahir Gözel: “Qarabağ”ın qələbəsi bütün xalq üçün ilham oldu

Ermənistan KTMT-də iştirakını dayandırıb

Yassin Benzia: "Braqa"ya qarşı matçda emosional hisslər yaşadıq

“Qarabağ”ın qapıçısı: Sevinirəm ki, nəticə bizim xeyrimizə oldu

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub, “Qalatasaray” mübarizəni dayandırıb

“Qarabağ”ın legioneri: Şadam ki, bu tarixi qələbədə mənim də rolum oldu

Konfrans Liqası: 1/8 finala son vəsiqə qazanan komandalar müəyyənləşib

Qurban Qurbanov: Əldə etdiyimiz qalibiyyət sanki Qarabağda görülən işlərin nəticəsidir

Müasir həyatda müəyyən səbəblərdən yaranan stress və narahatlıq xroniki xəstəlikləri artırır

“Braqa”nın baş məşqçisi: “Qarabağ”ın vurduğu ikinci qol oyunun taleyini həll etdi

Nuland: Rusiyaya qarşı yeni sanksiyalar paketinə çoxlu sayda məhdudiyyətlər daxil ediləcək

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb YENİLƏNİB-7

Husilər Yəmən yaxınlığında gəmilərə hücumları gücləndirəcəklərini vəd ediblər

Ərdoğan: Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri 2028-ci ildə veriləcək

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

İsveçin bəzi nazirləri öz tərcümeyi-hallarını “bəzəyiblər”

Bakıda Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

ADY Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarın gecikmə səbəbini açıqlayıb

"YAŞAT" Fondu antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb YENİLƏNİB VİDEO

Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Rusiya və Türkiyə xarici işlər nazirləri Rio-de-Janeyroda görüşüblər

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

YAP Veteranlar Şurası Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirib

Sahibə Qafarova: Azərbaycan və İraq arasında münasibətlər xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykənir

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Avropa Liqası: “Qarabağ” və “Braqa”nın start heyətləri açıqlanıb

Biləsuvarda əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi muzeydə qeyd edilib

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarların yubileyləri qeyd olunub

Yasamal rayonunda restoranda baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

Dövlət Məşğulluq Agentliyi Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi ilə əməkdaşlıq edəcək

Ersin Tatar: Prezident İlham Əliyevin məni TDT-nin Zirvə toplantısına dəvət etməsindən çox məmnun oldum

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib

Stirlinq Fondunun prezidenti: Azərbaycana hər səfərimdən mənəvi zövq alıram

Professor Lalə Allahverdiyeva: Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir

Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Hesablama Palatasının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirib

Keniya telekanalında Azərbaycan reallıqlarından danışılıb VİDEO

Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq ŞƏRH

Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Pakistan Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

Respublika Uşaq Klinik Xəstəxanasına 14 yaşlı pasiyent üzərində bağırsaq keçməzliyi ilə bağlı əməliyyat uğurla keçirilib

Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad edilib

Lerikdə məktəblilərə narkomaniya haqqında məlumat verilib

Vətən Müharibəsi Qəhrəmanı: Azərbaycan dünyaya istehsal etdiyi silahların gücünü və dəqiqliyini göstərdi

QMİ sədri beynəlxalq forumda medianın ictimai rəyə təsirlərindən danışıb

Meksika COP29 üçün “Gənc iqlim səfirləri” proqramına başlayıb

Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verir

Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı layihə regionlarda uğurla icra olunur

Sabirabadda külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə əlaqədar cinayət işi başlanıb

Cəlil Məmmədquluzadənin xatirəsi Nehrəm qəsəbəsindəki xatirə muzeyində anılıb

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirib YENİLƏNİB

Azərbaycan Premyer Liqası: XXIV turun hakimləri açıqlanıb

Binalar üçün enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı seminar keçirilib

Şəkidə fermerlərə aqrar sığorta ödənişi verilib

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı

Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat

Baş Prokurorluq Ağdam rayon sakininin itkin düşməsi faktı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

Cəlilabadda daşınmaz əmlakla bağlı vətəndaşlarla görüş keçirilib

Əcnəbilər Ukraynanın Milli Qvardiyasında xidmət edə bilər

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub

Muxtar Babayevlə Qazaxıstanın Azərbaycandakı səfiri COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparıblar

Asiya Parlament Assambleyasının cari il üçün büdcəsi təsdiq edilib

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancıdan

Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib

“Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” - elmi sessiya

İqtisadiyyat naziri COP26 prezidenti ilə görüşüb

Əhməd Əhmədovun Psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə yayılan xəbərlərlə bağlı Baş Prokurorluqdan açıqlama

Azərbaycan millisinin məşqçisi: Heyətdə sürpriz adlar ola bilər

Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Qədir Xəlilov: Ölkədə istehsal olunan silahlarla tanışlıq gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır

Süni intellektin yeni modeli sözlü işarələri videoya çevirəcək

İstiqlal Muzeyində Xocalı soyqırımının qurbanları yad olunub

Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiqlənib 

Malayziyanın Baş naziri Ənvər İbrahimdən

Startapçı: Qürurla qeyd edə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik üçün yerli həll mövcuddur – MÜSAHİBƏ

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub