MƏDƏNİYYƏT


28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunub

Bakı, 24 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissədə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Badamdar qəsəbə Mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova tədbir iştirakçılarına Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Parlamenti haqqında ətraflı məlumat verib.

Tədbirin bədii hissəsində müğənnilər Svetlana Quliyeva, Aydın Quliyev, Aysel Əbilova, Şəbnəm Mütəllimova, Duyğu, Aynurə Şirinovanın bayrama həsr olunmuş ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Sonda tədbir iştirakçıları hərbi hissənin komandiri tərəfindən fəxri fərmanla təltif ediliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.