SİYASƏT
28 May – Respublika Günü Finlandiyada da qeyd ediləcəkdir
Bakı, 25 may (AZƏRTAC). 28 May – Respublika Günü münasibətilə Finlandiyadakı azərbaycanlıları birləşdirən “Dostluq” cəmiyyəti tərəfindən Helsinkidə “Anam doğma Vətənim – Azərbaycan” adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 28-də keçiriləcək tədbirdə Azərbaycan, türk və digər xalqların diasporlarının, yerli ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Tədbir iştirakçılarına müstəqil Azərbaycanın keçdiyi yol, respublikamızın sosial-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də xalqımıza qarşı törədilmiş digər faciələr barədə ətraflı məlumat veriləcəkdir.