SİYASƏT


28 May - Respublika Günü Uruqvayda qeyd edilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən paytaxt Montevideo şəhərində 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, hökumətin yüksəksəviyyəli nümayəndələri, senatorlar və deputatlar, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin çoxsaylı təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov müsəlman dünyasında ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən və qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışıb. Səfir ölkəmizin son illərdə keçdiyi inkişaf yolu barədə də məlumat verib. O, xüsusilə son illərdə Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Diplomat, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu bildirib, işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir cari il ərzində hər iki ölkənin Xarici İşlər nazirlərinin qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb. R.Aslanov Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olduğunu deyib. Diplomat ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə inamını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.