CƏMİYYƏT
28 May - Respublika Günü münasibətilə “Virtual GəncLİK” rəqəmsal forumu keçiriləcək
Bakı, 21 may, AZƏRTAC
Mayın 28-də Gənclər və İdman Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, Binəqədi Gənclər evinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Virtual GəncLİK” rəqəmsal forumu keçiriləcək.
Binəqədi Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, forumun məqsədi yeni koronavirusun dünyada sürətlə yayıldığı və Azərbaycan hökumətinin vətəndaşlarımızın yoluxmasının qarşısını almaq üçün gördüyü tədbirlər çərçivəsində gənclərin inkişafına töhfə verməkdir. Bundan başqa, müasir Azərbaycan gəncini Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi ilə tanış etmək, gənclərin milli maraqlara, milli-mənəvi dəyərlərə bağlılığını artırmaq, onlarda vətənpərvərlik və dövlətçilik ənənələri formalaşdırmaq, gənclərə müasir dövrümüzlə əlaqədar zəruri bilik və bacarıqlar vermək, onları inkişaf etdirmək və asudə vaxtlarını səmərəli təşkil etmək də forumun əsas məqsədlərindəndir.
Pandemiya ilə əlaqədar rəqəmsal forum “Instagram”, “Zoom” və “Whatsapp Messenger” proqramları vasitəsilə saat 09:00-dan 21:00-dək onlayn qaydada keçiriləcək.
Forum çərçivəsində yoqa saatı, bacarıqların paylaşılması, “Xəmsə” Milli İntellektual Oyunu, vebinar, canlı musiqi, şahmat yarışı, müsabiqə və viktorina da təşkil olunacaq.
“Virtual GəncLİK” rəqəmsal forumuna aşağıdakı vasitələrlə qoşulmaq mümkündür: https://chat.whatsapp.com/KP7mwdttSDk6xxqpIYCjG3