İQTİSADİYYAT


“28 May” stansiyası yenidənqurma müddətində bağlanmayacaqdır

Bakı, 11 dekabr (AZƏRTAC). Artıq Bakı Metropoliteninin “28 May” stansiyasının yenidənqurulması işlərinə başlanılmışdır.

Metropolitenin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yenidənqurma işləri zamanı stansiyanın müvəqqəti bağlanması və fəaliyyətinin dayandırılması nəzərdə tutulmamışdır. Yenidənqurma işləri əsasən gecələr, sərnişinlərin metropolitendən istifadə etmədiyi vaxtlarda aparılacaqdır.

“28 May” stansiyasının yenidənqurulması işləri Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il martın 18-də “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” və “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq aparılır.

Dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn tələblərə uyğun olaraq metropolitenin yaxın illərdə inkişaf perspektivləri sərnişinlərə xidməti ən optimal səviyyəyə qaldırmağa, Bakı Metropolitenini dünyanın ən nümunəvi yeraltı yol ictimai nəqliyyat şəbəkəsindən birinə çevrilməsinə imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.