28 MAY GÜNÜ “AZƏRPOÇT” TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 28 May - Respublika günü münasibətilə “Azərpoçt” Dövlət Müəssisəsi (DM) bir sıra tədbirlər keçirəcəkdir.
Həmin gün Goranboy poçtamtının Bağçakürd poçt şöbəsinin açılışı olacaqdır. Bundan əlavə respublika ərazisində yerləşən bütün poçt şöbələrində iməciliklər təşkil ediləcəkdir.
Müəssisədə “Heydər Əliyev və Azərbaycan rabitəsi” mövzusunda mühazirə və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcəkdir.