Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI RAYONLARININ INZIBATI ƏRAZIBÖLGÜSÜNDƏ QISMƏN DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Bakı şəhəri

Binəqədi rayonu üzrə

Xocəsən qəsəbə inzibati ərazi dairəsinin tərkibində faktik mövcud olan ərazi vahidi 28 May qəsəbəsi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.

Ağdaş rayonu üzrə

Birinci Aral və İkinci Aral kəndləri Xosrov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Birinci Aral kəndi mərkəz olmaqla, Birinci Aral kənd inzibati ərazi dairəsi yaradılsın.

Cardam kəndi Nehrəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Cardam kənd inzibati ərazi vahidi yaradılsın.

Mürsəl kəndi Şıxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mürsəl kənd inzibati ərazi vahidi yaradılsın.

Tofiqi kəndi Şəmsabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Tofiqi kənd inzibati ərazi vahidi yaradılsın.

Biləsuvar rayonu üzrə

Ağayrı kəndi Kirovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ağayrı kənd inzibati ərazi vahidi yaradılsın.

Dərvişli kəndi Amankənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərvişli kənd inzibati ərazi vahidi yaradılsın.

Əliabad kəndi Xırmandalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Əliabad kənd inzibati ərazi vahidi yaradılsın.

Ovçubərə kəndi Ağalıkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovçubərə kənd inzibati ərazi vahidi yaradılsın.

Yuxarı Ağalı kəndi Ağalıkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yuxarı Ağalı kənd inzibati ərazi vahidi yaradılsın.

Xanlar rayonu üzrə

Əlimədədli kəndi Quşqara kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Əlimədədli kənd inzibati ərazi vahidi yaradılsın.

Firuzabad qəsəbəsi və Üçtəpə kəndi Quşqara kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Üçtəpə kəndi mərkəz olmaqla, Üçtəpə kənd inzibati ərazi dairəsi yaradılsın.

Göyçəkənd kəndi Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Göyçəkənd kənd inzibati ərazi vahidi yaradılsın.

Haçaqaya, Qırıqlı və Sərkar kəndləri Balçılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qırıqlı kəndi mərkəz olmaqla, Qırıqlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Nadil kəndi Balçılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Nadil kənd inzibati ərazi vahidi yaradılsın.

Sarısu kəndi Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Sarısu kənd inzibati ərazi vahidi yaradılsın.

Neftçala rayonu üzrə

Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılsın.

Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 ¹-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilsin.

Saatlı rayonu üzrə

Gomuşçu kəndi Qaracalar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Gomuşçu kənd inzibati ərazi vahidi yaradılsın.

Seyidoba kəndi Qaracalar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Seyidoba kənd inzibati ərazi vahidi yaradılsın.

Xanlarkənd kənd inzibati ərazi dairəsinin tərkibində faktik mövcud olan ərazi vahidi Çolpı kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.

Mircəlal kənd inzibati dairəsinin tərkibində faktik mövcud olan ərazi vahidi Soltanabad kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.

Şəmkir rayonu üzrə

Abbaslı kəndi Seyfəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Abbaslı kənd inzibati ərazi vahidi yaradılsın.

Çaylı, Qaraqocalı və Mehrili kəndləri Seyfəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehrili kəndi mərkəz olmaqla, Mehrili kənd inzibati ərazi dairəsi yaradılsın.

Dəllər Daşbulaq kəndi Dəllər Cəyir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dəllər Daşbulaq kənd inzibati ərazi vahidi yaradılsın.

Qılıncbəyli kəndi Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qılıncbəyli kənd inzibati ərazi vahidi yaradılsın.

Yeniabad kəndi Mahmudlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yeniabad kənd inzibati ərazi vahidi yaradılsın.

Yuxarı Seyfəli kəndi Seyfəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yuxarı Seyfəli kənd inzibati ərazi vahidi yaradılsın.

Mərkəzi Aşağı Seyfəli kəndi olan Seyfəli kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Seyfəli kənd inzibati ərazi vahidi adlandırılsın.

Zaqatala rayonu üzrə

Aşağı Çardaqlar kəndi Danaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Çardaqlar kənd inzibati ərazi vahidi yaradılsın.

Cimcimax, Ələsgər və Mamrux kəndləri Gözbaraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mamrux kəndi mərkəz olmaqla, Mamrux kənd inzibati ərazi dairəsi yaradılsın.

Faldarlı kəndi Qandax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Faldarlı kənd inzibati ərazi vahidi yaradılsın.

Kebeloba kəndi Car kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kebeloba kənd inzibati ərazi vahidi yaradılsın.

Kəpənəkçi kəndi Yengiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kəpənəkçi kənd inzibati ərazi vahidi yaradılsın.

Uzuntala kəndi Mazıx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Uzuntala kənd inzibati ərazi vahidi yaradılsın.

Zəyəm kəndi Muxax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zəyəm kənd inzibati ərazi vahidi yaradılsın.

Zərdab rayonu üzrə

Hüseynxanlı və Xanməmmədli kəndləri Gəlmə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hüsyenxanlı kəndi mərkəz olmaqla, Hüseynxanlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Otmanoba kəndi Əlvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Otmanoba kənd inzibati ərazi vahidi yaradılsın.

Qaravəlli kəndi İsaqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qaravəlli kənd inzibati ərazi vahidi yaradılsın.

Sarıqaya kəndi Qoruqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Sarıqaya kənd inzibati ərazi vahidi yaradılsın.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin