ELM VƏ TƏHSİL


AKADEMİK ƏHLİMAN ƏMİRASLANOV POLŞA TİBB ELMLƏRİ AKADEMİYASININ BÖYÜK QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun ünvanına Polşadan xoş xəbər gəlmişdir. Polşa Tibb Elmləri Akademiyasının prezidenti, akademik Kazimierz İmielinskinin göndərdiyi məktubda deyilir:

“Əziz dostum, hörmətli akademik Əhliman Əmiraslanov!

Böyük məmnuniyyətlə bildirirəm ki, onkologiya sahəsində əldə etdiyiniz uğurlara görə, siz Polşa Tibb Elmləri Akademiyasının Albert Şveyitzer Böyük Qızıl Medalı ilə təltif olunmusunuz. Sizinlə bərabər bu medala Nobel mükafatı laureatı professor Stanley Prisiner (ABŞ) də layiq görülmüşdür.

Bu münasibətlə sizi akademiyamızın bütün üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Sizin elmi məruzələriniz bizdə həmişə dərin maraq oyatmışdır. Düşünürəm ki, yaxın vaxtlarda Varşavada Polşa Tibb Elmləri Akademiyası rəyasət heyətinin növbəti iclasında sizin yeni elmi məruzənizi dinləyə biləcəyik.

Varşava, 19 avqust 2003-cü il”

Azərbaycan Dövlət Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, professor Əhliman Əmiraslanov həm də Polşa Tibb Elmləri Akademiyasının akademikidir. O, bu nüfuzlu elm mərkəzində dəfələrlə maraqlı məruzələrlə çıxış etmişdir. Akademik Ə.Əmiraslanovun onkologiya sahəsində əldə etdiyi dəyərli elmi nailiyyətləri Polşa Tibb Elmləri Akademiyasında böyük maraqla izləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.