Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür

Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən səkkiz il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş uğurlu əks-hücum əməliyyatı hərb tariximizə əbədi yazılıb. Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilir.

AZƏRTAC Aprel döyüşlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salır.

2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Aprel döyüşlərinin əsas hədəfləri və tarixi əhəmiyyəti

Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevinci bəxş etdi.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrimizə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Ordumuzun cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çox sayda canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.

O vaxt cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Bununla da Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırılmış oldu. Həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi.

Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, erməni tərəfinin ölü və yaralı olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi. Suqovuşan yaşayış məntəqəsinə yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq imkanı əldə olundu.

Unudulmayan və yüksək qiymətləndirilən qəhrəmanlıq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görülüb.

Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

“Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”, - Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi bu sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir.

Onu da qeyd edək ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı mümkün oldu. Bu kəndin sakinlərinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına dərin inam yaratdı.

Azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurdlarına dönəcəklər. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün azad olunmuş torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına pənah gətirirlər və bu il bu proses davam edəcək. Bu günədək işğaldan azad olunmuş üç kəndə və iki şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinə, Füzuli şəhərinə çoxlu sayda ailələr qayıdıb.

Aprel döyüşlərindən Vətən müharibəsinədək şanlı döyüş yolu

Uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük təcrübə oldu. Bu döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi.

Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.

Səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərin iştirakı ilə “EcoGreenAction” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Mərkəzi Elmi Kitabxananın fonduna yeni daxil edilən nəşrlərin sərgisi keçirilir

“Neftçi”nin basketbolçusu: Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük

Türkiyə Prezidenti İraqa rəsmi səfər edib

Sankt-Peterburqda “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olacaq

ABŞ və Filippin Cənubi Çin dənizində döyüş təlimlərinə başlayıb

Birinci sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblər bəlli olub

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyindən xoş təəssüratla ayrılıblar

“Bilim Bakı” mərkəzinin şagirdləri Türkiyədə uğur qazanıblar

Bakıda 72 yaşlı qadın itkin düşüb

Panel müzakirə: Turizm təhsilində ən yaxşı təcrübələr

Stoltenberq: NATO Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır

Bu gün kişi voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Dövlət Turizm Agentliyinin aparat rəhbəri: Əsas məqsəd turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrini bir yerə toplamaqdır

Çinin böyük şəhərlərinin təxminən yarısı çökmə riski ilə üzləşib

Kökenhof – gül krallığı və ya sarı zanbağın sirri

Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində silsilə materiallar hazırlanıb

Yasamalda 4 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib VİDEO

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

QDİƏT-in Baş katibi: Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır

39 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

Paytaxt məktəbində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Azərbaycan millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb

Magistraturaya qəbul imtahanı verəcək bakalavrların nəzərinə

“Neftçi” klubu “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib

Anjey Duda: Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır

Yeniyetmə boksçular Şəkidə yarışırlar

Lənkəranda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

“Yusup Abdrahmanov: dövlətçilik və qardaşlıq bağları” - tədbir

Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar

Deputat: Azərbaycanla Çin arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir

Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

® "Araz" supermarketlər şəbəkəsi ağacəkmə aksiyasında iştirak edib

DYP Xaçmaz və Beyləqanda ətraf mühitə zərər vuran avtomobil sürücülərinə qarşı tədbir görüb

BMT: Somalidə şiddətli yağışlar 770 min insana təsir edə bilər

“AzerGold”un hasilat həcmlərində artım qeydə alınıb

DSMF: Üç ayda 65,3 mindən çox təyinat proaktiv qaydada aparılıb

FHN: Ötən sutka ərzində 10-u azyaşlı olmaqla 16 nəfər xilas edilib

BMU komandaları “Robotex Türkiyə”də qalib olub

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1086-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb

“E-sosial” portalının 1 milyon 520 minədək aktiv istifadəçisi var

DİN: 4,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Qətər Dövləti Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Sun Cuanqcı: Çinlilərə görə Azərbaycan ən vacib ölkələrdən biridir

Bir oyunda 38 qol vuran futbolçu: Bütün ötürmələr mənə gəlirdi

Mərkəzi Afrika Respublikasında gəmi qəzası nəticəsində ölənlərin sayı 62-yə çatıb VİDEO

“Görüş” filminin unudulmaz Əbülfəzi

Dinq Tao: Çin-Azərbaycan praktiki əməkdaşlığı dərinləşməkdədir

KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Ermənistan-İran avtomobil yolu bağlanıb

Xankəndi şəhərində 13 avtomat, 23 qumbara digər sursatlar aşkarlanıb

Gürcüstan məktəblərində bomba həyəcanı yaşanıb

BMT Beynəlxalq Yer Günü münasibətilə üzv ölkələrə müraciət edib

Premyer Liqa: “Zirə” və “Səbail” yubiley qələbələrini qazanıb

XİN rəsmisi: Azərbaycan-Çin münasibətlərdə tarixi prioritetlər əsas götürülür

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının rekordu təkrarlanıb

“Qaraca qız” tamaşasının məşqləri davam edir

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib VİDEO

Ötən gün aşkar edilən və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Fuad Nağıyev: 2022-2023-cü tədris ilində turizm təhsili üzrə məzun olanların sayı 1500-dən çox olub

Parisdə polis zorakılığına və irqçiliyə qarşı yürüş keçirilib

DİN: Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

İƏT Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş konfrans işə başlayıb

Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu sırada başa vurub

FHN: Liftdə qalanlar xilas edilib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın görkəmli qiraət ustası - Həsən Əbluc

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur

Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü keçirilir

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31 dərəcə isti olub

Ağdaşda internet xətlərini oğurlayanlar saxlanılıb

Azərbaycanın Zəfər salnaməsi davam edir

Fumio Kişida yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ianə göndərib

Çində şiddətli yağışlar səbəbindən 11 nəfər itkin düşüb VİDEO

Füzuliyə qayıdan sakin: Bu gün bizim üçün çox özəl gündür

Qazaxda narkokuryer saxlanılıb VİDEO

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Serbiyada partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib

Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb

Britaniya tarixi artefaktları müvəqqəti olaraq Qanaya qaytarıb

2023-cü ildə qlobal hərbi xərclər rekord həddə artıb

Britaniyanın xarici işlər naziri Tacikistana səfər edib

Rusiyanın Kurqan vilayətində suların səviyyəsi azalıb

Bərpaolunan enerji sahəsində kadr qıtlığı müşahidə olunur

Rusiyada altıgünlük iş həftəsi tətbiq edilir

Meksikada zəlzələ baş verib

"El-Klassiko": "Real Madrid" "Barselona"nı məğlub edib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb

Azərbaycan paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Premyer Liqa: "Liverpul" London səfərində üç vacib xal qazanıb