CƏMİYYƏT


2 saylı Gəncə “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatı yaradılması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən bəhs edib.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov qeyd edib ki, fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.

Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşiblər.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.