REGİONLAR


2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri göstərilməyə başlanılıb

Sumqayıt, 5 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni fəaliyyətə başlayan 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təhsil xidmətləri ilə bağlı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür. Bu təhsil xidmətlərinin sırasına daha bir xidmət də əlavə olunub. Belə ki, vətəndaşlar bundan sonra məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat xidmətindən yararlanmaq üçün də adıçəkilən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Vətəndaşlar bu xidmətlər üçün müraciət edə bilərlər: cari təhsil alanlar üçün elektron təhsil arayışları, şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat), təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti, Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat), ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat), ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.