DÜNYA


300 KİLOQRAM NARKOTİK MADDƏ ĞÖTÜRÜLMÜŞDÜR

AZƏRTAC-ın müxbiri Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Qara dəniz sahilindəki Rizə vilayətində bir sıra əməliyyatlar nəticəsində 300 kiloqramdan artıq narkotik maddə aşkar edib götürmüşlər. Zəhərli maddə istehsal edən iki laboratoriya ləğv olunmuş, narkotik maddələr hazırlamaqda və yaymaqda şübhəli bilinən beş nəfər tutulmuşdur.

Beynəlxalq narkomafiya Avropa ölkələrinə, o cümlədən Rusiyaya narkotik maddələr aparmaq üçün Türkiyə ərazisindən, ələlxüsus onun dənizsahili bölgələrindən istifadə edir.

Türkiyənin təhlükəsizlik qüvvələri hər il minlərlə kiloqram uyuşdurucu maddələr müsadirə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.