Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Bakı, 18 may, AZƏRTAC

Onda hələ məzun idilər, hər birinin 22-23 yaşı olardı. 1974-cü ilin yayında dördillik ali məktəb həyatına əlvida deyib hərəsi öz arzularının dalınca getdi.

İndi aradan 50 il ötüb, hər birinin 72-73 yaşı var. Zaman onların qapqara şəvə kimi saçlarını gümüşü rəngə boyayıb, əllərində, üzlərində zamanın naxışları əks olunub. O vaxt “sümbülündən su daman” subay oğlan, yerişi-duruşu naz satan qız kimi ayrılan həmin məzunlar indi baba, nənə kimi görüşə gəliblər. Sevinən, öpüşən, qucaqlaşan, kövrələn kim, göz yaşı axıdan kim...

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin 50 il əvvəlki məzunlarının görüşündə belə mənzərələr yaşanıb.

Düz dörd il onlar min bir arzu ilə bu ali təhsil ocağının qapısını açıb, auditoriyalarında pedaqoqlara qulaq kəsiliblər. Bakının mərkəzindəki bu təhsil ocağı onlar üçün doğma ana qucağına, ən əziz ünvana çevrilib. Onlar burada elm və irfan yoluna çıxıblar, biliklərə yiyələniblər. Uzun illərin ayrılığından sonra indi bu doğma məkana dönən Əməkdar müəllim Validə Həsənova elə beləcə də dedi: “Hər dəfə yolum buradan düşəndə həyəcanlanır, qəribə hisslər keçirirəm. Elə bilirəm, yenə də auditoriyaya girib mühazirəyə qulaq asacaq, seminarda iştirak edəcək, imtahan verəcəyəm...”

Hazırda Sumqayıtda yaşasa da, əslən Zaqataladan olan Araz Mustafayev isə başqa hissləri xatırladı: “Mən idmanla məşğul olduğuma görə dərslərə az-az gəlir, institutun idman şərəfini qoruyurdum və buna görə müəllimlər də mənə güzəşt edirdilər. Amma o vaxt “əzazil” müəllimlərdən birinin ingilis şairi Corc Bayronun şeirlərini mənə əzbərlətdiyini indi də unuda bilmirəm. Həmin şeirlər indi də misra-misra yaddaşımdadır”.

Görüşün təşkilatçısı, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı məlumat verib: “1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Ədəbiyyat fakültəsinə 325 nəfər qəbul olub. 1974-cü ildə onlardan 304 nəfəri məzun adı qazanıb. İndi onlardan 4-ü professor, 5-i elmlər doktoru, 3-ü Əməkdar müəllim, 6-sı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bugünkü görüşümüzdə onlardan 44 nəfəri iştirak edir”.

Məzunların hərəsi bir ünvandan - Murad Məhərrəmov və Zahir Məlikov İsmayıllıdan, Şahbaz Şahbazov Cəlilabaddan, Yusif Rüstəmov Cəbrayıldan, Zülfü Mahmudov Ağdaşdan gəlib. Xatirələr çözələnir, ötən illərin şəkilləri vərəqlənir, ömrün gündoğanında qalan tələbəlik illərinin unudulmaz anları yada düşür. Söz sözü, söhbət söhbəti çəkir...

Ötən əsrin 70-ci illərinin “tələbələri” unudulmaz müəllimləri yada salırlar: Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Məmmədhüseyn Təhmasib, Əbdül Əlizadə, Afad Qurbanov və başqaları...

Həmin ilin məzunlarından olan, uzun illər Lənkəranda 8 nömrəli tam orta məktəbin müəllim işləmiş Xumar Qurbanova deyib: “ Pedaqogikaya həvəsim olub. Yoldaşım Qəzənfər də kimya müəllimi olub. İndi qızim Aybəniz, gəlinlərim də müəllimdir. Çox mehriban, səmimi qrupumuz var idi. Heyf o illərdən...”

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Xanoğlanın da xatirələri maraqla qarşılanıb: “Bizim qrupda çoxlu əlaçı var idi. Qədimalı Rəhimov, Eyvaz Rüstəmov, Səba Fərəcova və başqaları yüksək hazırlığa malik idilər. Təsadüfi deyil ki, onlar ali məktəbi fərqlənmə diplomu ilə bitirdilər. Onlardan elm ardınca gedənlər də, orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olanlar da oldu”.

Şəkər Quliyevanın təklifi hamının ürəyincə olub: “Mərhum şair Fikrət Sadıq deyirdi ki, insan gərək 50 yaşına qədər hər on ildən bir, 50-dən 70-ə qədər hər beş ildən bir, 70-dən sonra hər ili, 80-dən sonra hər günü qeyd eləsin. Gəlin biz də belə məclisləri, görüşləri mümkün qədər tez-tez edək, mümkün qədər tez-tez görüşək”.

Sonra məzunların görüşü ziyafət məclisi ilə davam edib. Əlli il əvvəlki məzunlar keçmiş xatirələri yada salaraq şənləniblər.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Külək Yevlaxda fəsadlar törədib

Belarus Xalq yazıçısı Vasil Bıkovun anadan olmasının 100 ili tamam olur

Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb

Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub

Azərbaycandan 129 nəfər Macarıstanın nüfuzlu universitetlərində təqaüdlə təhsil alacaq

Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Erməni səfir ABŞ-ı təhdid edir

Hazırda ölkənin qərb rayonlarında güclü külək əsir - Faktiki hava

Beyləqanda yol qəzası: iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Qurama Festivalının açılış mərasimi olub

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək

Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

Budapeştdə bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib VİDEO

Aprel-may aylarında müxtəlif avadanlıqlara xüsusi icazə verilməsi üçün 10 mindən çox müraciət edilib

İnformatika və coğrafiya fənləri üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələri açıqlanıb

Bu il Türkiyədə elektromobil satışı 2,5 dəfədən çox artıb

Aqrar Xidmətlər Agentliyinin sədri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

Boris Conson yeni kitabının işıq üzü görəcəyi tarixi açıqlayıb

Malayziyada təqaüdlə təhsil almaq imkanı

Misirli ekspert: Azərbaycan Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək - MÜSAHİBƏ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiya şirkətinin məhsulları ilə tanış olub

Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib

Qazaxıstan və Çin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafını genişləndirir

Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb VİDEO

Xaçmazın Palçıqoba kəndində yeni məktəb binası inşa olunub

Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu nə qədər olacaq?

Avro-2024: Sloveniya millisi son dəqiqədə qələbəni əldən verib

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günü yekunlaşıb

Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri qara siyahıya salacaq

Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidindən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi VİDEO

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var VİDEO

“SABAH” qrupları layihəsinin magistratura səviyyəsində müəllimlərin işə qəbulu aparılır

Hande Harmancı: Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29 zamanı birgə tədbirlərin keçirilməsini təklif edib

Xidmət rəisi: Qeyri-sabit hava şəraitinin davam edəcəyi ehtimalı var

Abşeron gənclərinə narkomaniyanın zərərləri haqqında məlumat verilib

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsi anılıb

Kirayə mexanizmi ilə 400-ə yaxın yeni mənzil satışa çıxarılıb

Lüksemburqun Böyük Hersoqu Anridən

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şirkətlərdə ESG prinsiplərinin tətbiqi yaşıl iqtisadiyyata transformasiya üçün töhfə verir

Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar VİDEO

“Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

® “Unibank KB” “iPhone” alınması ilə bağlı kotirovka elan edir

MEK Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

UNEC 94 yaşını qeyd edib

ADA Məktəbində “Məzun günü”

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb

ADA Universiteti Milan Politexnik Universiteti ilə birgə Şəkidə təlim proqramı həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Coğrafiya İnstitutunun alimləri Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı tədqiqat aparıblar

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hindistanda istilər fonunda elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yarana bilər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

ABC nəşri: Makron ölkənin başlıca problemidir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YAP nümayəndələri Rusiyanın Vladivostok şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər

Bakıda “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb

Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib

YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib

Dövlət Xidməti: 190 min manatlıq vəsait istehlakçılara qaytarılıb

“Yaşıl dünya, təmiz səma” - dəyirmi masa

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Azərbaycanın daha 2 güləşçisi BRICS Oyunlarında medal qazanıb

Vladimir Norov: Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür

Koreyada BMU-İNHA ikili diplom proqramı tələbələrinin “Məzun günü” qeyd olunub

Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib

Azərbaycan ilə İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq, həmçinin birgə layihələr müzakirə edilib

“İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib

Küveytdə ifrat istilər səbəbindən elektrik enerjisi fasilələrlə verilir

Yalçın Rəfiyev: İqlim dəyişikliklərinə qarşı vəsait artıq mövcuddur, lakin onu bazarlara çatdırmaq mexanizmi yoxdur

İki Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya olunub

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı 31 min 225 sorğu yerləşdirilib

Deputat: Yaxın qohum evliliyi ilə əlaqədar ciddi cəza tədbirlərinin görülməsi mütləqdir

ADY bayram günləri 53 mindən çox sərnişin daşıyıb

Bağçalarda müdir vakansiyası üçün keçirilmiş müsahibənin nəticələri açıqlanıb

BP iri çənlərə texniki baxışı dronlarla həyata keçirməyə başlayıb

Çində keçirilən beynəlxalq elmi konfransda Azərbaycan uğurla təmsil olunub

Səhiyyə Nazirliyinin rəsmisi: Azərbaycanda hazırda 700-ə yaxın ixtioz xəstəsi var

Onlayn və çap media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Vyanada Azərbaycanın COP29 sədrliyi ilə bağlı tədbir keçirilib

UNEC tələbələrinin bərpaolunan enerjiyə həsr edilən tədqiqat əsəri “Web of Science”də

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir – RƏY

Bolqarıstan parlamentinə yeni sədr seçilib

Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub

Türkiyənin aparıcı telekanalı Azərbaycan-ŞKTR dialoquna dair reportaj yayımlayıb

“Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət TƏHLİL

Yüksək Səviyyəli 29-cu Toplantının növbəti paneli “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusuna həsr olunub VİDEO