İDMAN


İDMAN JURNALİSTLƏRİNİN MİLLİ YARADICILIQ TƏŞKİLATI İLƏ YEKUN VURMUŞDUR

Azərbaycan İdman Jurnalistlərinin Milli Yaradıcılıq Təşkilatı 2003-cü ilin laureatlarının – idmançıların, məşqçilərin, idman jurnalistlərinin müəyyən edilməsinə dair KİV nümayəndələri arasında aparılmış sorğunun nəticələrini elan etmişdir.

Assosiasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəzet və jurnal işçiləri arasında “Olimpiya dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov, televiziya işçiləri arasında “Space”in əməkdaşı Elnur Kələntərov, radiojurnalist, Azərbaycan radiosunun əməkdaşı Yaqub Nuriyev ən yaxşı adlandırılmışlar.

2003-cü ildə idman tədbirlərini ən yaxşı işıqlandıran “Olimpiya dünyası”, “Exo”, “Həftəiçi” qəzetləri olmuşlar.

“Space” TV-nin “Sport layn” proqramı ən yaxşı teleproqram sayılmışdır.

İlin ən yaxşı qadın idmançısı adını Dinara Gimatova (bədii gimnastikası) qazanmışdır. 2003-cü ilin ən yaxşı kişi idmançıları boksçu Ağası Məmmədov, sərbəst güləşçi Arif Abdullayev və ağır atlet Turan Mirzəyev olmuşlar.

Azərbaycanın otüstü xokkey üzrə yığma qadın komandası ilin ən yaxşı komandası adına layiq görülmüşdür.

Niftəli Quliyev boks, İsgəndər Əsgərov həndbol, İmanxan Sultani futbol üzrə ilin ən yaxşı hakimləri adlandırılmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.