Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını böyük fərəhlə qeyd edirlər - MƏQALƏ

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını böyük fərəhlə qeyd edirlər -  MƏQALƏ

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə AZƏRTAC üçün məqaləsini təqdim edirik.

5 iyun - bu tarix ölkənin su təsərrüfatı və meliorasiya işçiləri üçün olduqca əlamətdar gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanun imzalanıb. Möhtərəm Prezidentimiz İlham Əliyev su təsərrüfatı və meliorasiyanın respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkənin su və ərzaq təhlükəsizliyinin təminatındakı rolunu nəzərə alaraq 2007-ci il mayın 24-də imzaladığı Sərəncamla 5 iyun - “Meliorator günü” peşə bayramını təsis edib. Dövlətimizin başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib.

Hazırda dünyada baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar XXI əsrdə su ehtiyatlarının səmərəli istifadəsinə və mühafizəsinə olan maraq artıb və su ilə bağlı yaranmış problemlərin həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilib. Əhalinin sürətli artımı, iqtisadiyyatın inkişafı ilə əlaqədar ətraf mühitdə çox böyük dəyişikliklər baş verir, su ehtiyatları həm kəmiyyət, həm də keyfiyyət cəhətdən ciddi neqativ təsirlərə məruz qalır. Beynəlxalq təşkilatların məlumatlarına əsasən, bu gün dünyada 2 milyard nəfərdən artıq insan su çatışmazlığından əziyyət çəkir.

İqlim dəyişilmələrinin mənfi təsirləri dünyanın arid zonalarında yerləşən ölkələrdə daha kəskin şəkildə hiss olunur ki, Azərbaycan da həmin ölkələr sırasına aiddir.

Məhdud su ehtiyatlarına malik olan ölkəmizdə cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Respublikamız kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim və zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşir. Lakin əsas əkinçilik bazası sayılan Kür-Araz düzənliyinin arid bir zonada yerləşməsi, ərazidə minerallaşmış qrunt sularının təbii axınının zəif olması burada suvarmanın və kompleks meliorativ tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini tələb edir. Hazırda ölkədə suvarılan sahələr 1,465 mln. hektar təşkil edir və kənd təsərrüfatı məhsullarının 90%-ə qədəri bu torpaqlardan əldə edilir. Perspektivdə suvarılan torpaq sahələrinin daha da artırılması imkanları olsa da, su ehtiyatlarının çatışmaması bu tədbirin həyata keçirilməsinə böyük maneçilik yaradır.

Ölkəmizdə kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan su təsərrüfatı və meliorasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır.

Ölkədə su təsərrüfatı və meliorasiyanı inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi əhəmiyyət verib, onun rolunu yüksək qiymətləndirərək inkişafını daim diqqətdə saxlayıb, aparılan bütün işlərlə şəxsən maraqlanıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz Su Anbarı Araz Su Elektrik Stansiyası ilə birlikdə, Azərbaycan və İran ərazisində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil, Yuxarı Mil və Yeni Xanqızı kanalları, Naxçıvan MR-də Arpaçay nasos stansiyaları, Sərsəng su anbarı, Suqovuşan su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı və bir sıra digər obyektlər tikilib istismara verilib.

Azərbaycanın içməli və tullantı su sektorunun sürətli inkişafı da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. İstər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində içməli su təchizatı sistemlərinin yaradılması və inkişafı Ulu Öndərin diqqət və həssaslıqla yanaşdığı sahələrdən biri olub. Kür-Bakı su kəmərlərinin tikintisi, respublikanın şəhər və rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli və tullantı su sistemlərinin yaradılması Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilib.

Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük Bakının kanalizasiya layihəsi” Ulu Öndərin birbaşa nəzarəti altında reallaşdırılıb, Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunub, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilib, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli və tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmaqla xalqımızın Qarabağ həsrətinə son qoyulub, ölkədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib.

Ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının digər yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı su təsərrüfatı kompleksi olan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi işləri müvəffəqiyyətlə başa çatdırılıb. Bu sistemin istifadəyə verilməsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunub, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatını daha da yaxşılaşdırıb.

Ulu Öndərin “Bakıya bol-bol su gətirəcəyik” ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış edib və 2007-ci ilin mart ayında dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu il dekabrın 28-də istismara verilib. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olunub. 2011-ci ilin sentyabrında Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyulub. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verilib. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verməkdədir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

Azərbaycanın gələcək inkişafında çox vacib rolu olan bir sıra iritutumlu su anbarları, müasir tələblərə cavab verən yeni suvarma kanalları, digər su və meliorasiya obyektləri tikilib istifadəyə verilib.

Ölkədə su təhlükəsizliyinin təmin edilməsi və qlobal iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020- 2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan Əlicançay və Yengicə su anbarlarının tikintisinə başlanılıb, digərlərinin tikintisi üzrə Texniki-iqtisadi əsaslandırma (TİƏ) və layihə sənədləri hazırlanır. Bununla yanaşı, hidroqovşaq, suvarma kanalları və kollektorların TİƏ və layihə sənədləri hazırlanaraq yenidənqurma işlərinə başlanılıb.

Məhdud su ehtiyatlarına malik ölkəmizin su təminatına xidmət edən və uzun müddət fasiləsiz istismarda olan Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması ilə bağlı hazırda aidiyyəti qurumlarla birlikdə bu istiqamətdə intensiv işlər aparılır.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir. Bu ərazilərdəki mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə TİƏ və layihə sənədlərinin hazırlanması işləri davam edir.

Son 20 ildə paytaxt və bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19,1 kubmetr olan 45 yeni su mənbəyi yaradılıb, Oğuz-Qəbələ-Bakı, Ceyranbatan, Şəmkirçay sutəmizləyici qurğuları, Külüllü mənbələri kimi böyük infrastruktur layihələri həyata keçirilib, 54 şəhər və rayon mərkəzində içməli və tullantı su infrastrukturlarının yenidənqurulması işləri icra edilib, 32 şəhərdə şəbəkələrin tikintisi işləri tam yekunlaşdırılıb. Yaradılmış infrastruktur hesabına içməli su ilə təmin olunan əhalinin sayı 2003-cü ilə nisbətən 2 milyon 700 min nəfərdən 8 milyon nəfərə, o cümlədən fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 26%-dən 78%-ə, Bakı şəhərində 29%-dən 80%-ə qədər yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə işlər əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də uğurla davam etdirilib.

Ümumilikdə 43 min 314 ha torpaq sahəsinin su təminatının, 800 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması və 1322 ha yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədi ilə tikintisi aparılan obyektlərdə 82 min 886 pm uzunluğunda suvarma boru kəmərləri çəkilib, 141 min 469 pm uzunluğunda suvarma kanalları və 110 min 534 pm uzunluğunda kollektor-drenaj şəbəkəsi qurğularla birlikdə tikilib, yenidən qurulub və bərpa olunub, 373 ədəd subartezian quyularının qazılması üçün layihə sənədlərinin hazırlanması və ekspertizadan keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüş və 68 ədəd quyuda qazma işləri tamamlanıb. Eyni zamanda sel və daşqın sularından mühafizə məqsədi ilə respublikanın sel və daşqın təhlükəli çaylarında sahilbərkitmə işlərinin layihə-smeta sənədləri hazırlanıb, 6803,4 pm uzunluğunda sahil-mühafizə tədbirləri aparılıb, Masallı və Cəlilabad rayonlarında yerləşən sututarların təmir-bərpası və Şirvan suvarma kanalının dükerində yaranmış qəza vəziyyətinin aradan qaldırılması üzrə layihə işləri yerinə yetirilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrin maliyyələşdirilməsi xərcləri hesabına Baş Muğan, Aşağı Muğan, Sabir, Akuşa, Yeni Cənub Muğan kanalları sisteminin, Rəsularx, Köhnə Xanqızı və P-O, Qızlıq kanallarının, Mil-Qarabağ kollektorunun yenidən qurulmasının, Əyriçay su anbarının tikintisinin tamamlanması işlərinin texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması üzrə işlər davam etdirilib. Qızılarx kanalının 28 min 880 pm, Boztəpə kanalının 38 min 830 pm hissəsinə dəmir-beton üzlük çəkilərək qurğularla birlikdə yenidən qurulub və R-15 kanalının 9040 pm hissəsinə dəmir-beton üzlük çəkilib. Türyançay Sağ Sahil və Sol Sahil kanallarının yenidən qurulması üzrə tikinti hazırlıq işlərinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən sututumu 5,86 mln. kubmetr olan Suqovuşan su anbarında və 5,2 km magistral kanalda, Ağdam rayonu ərazisində yerləşən sututumu 23 mln. kubmetr olan Xaçınçay su anbarında və 7 km magistral kanalda tikinti işləri başa çatdırılıb və müvafiq olaraq Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Suqovuşan su anbarının, dekabrın 23-də isə Xaçınçay su anbarının açılış mərasimlərində iştirak edib.

Eləcə də Füzuli rayonu ərazisində yerləşən ümumi sututumu 15,5 mln. kubmetr olan Köndələnçay çayı üzərində 3 ədəd su anbarlarında təmir-bərpa işləri tamamlanın və Prezident İlham Əliyev 2024-cü ilin mayın 9-da Füzuli rayonunda anbarların təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Uzunluğu 20,2 km, sərfi 20,0 kubmetr/san olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kanalın 20,17 km hissəsinin betonla üzlənməsi işləri aparılıb, 1066 pm uzunluğunda selötürən kanal tikilib və kanalın üzərində SKADA sisteminin quraşdırılması işləri tamamlanıb. Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də Qız qalası su anbarından uzunluğu 56 km, sərfi 65,0 kubmetr/san olan magistral kanalın, Laçın rayonu ərazisində yerləşən sututumu 90,8 mln. kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən sututumu 67 mln. kubmetr olan Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması üzrə işlər aparılıb. Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində sututumu 26,7 mln. kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi və tikintisi üzrə su anbarının subasar zonasına düşən Zəngilan-Laçın yolunun tikintisində qaya qruntu partladılaraq qazma və tökmə işləri aparılıb və daşqın sutullayıcısının tikilməsi üçün işlər yerinə yetirilib. Anbarın dib suburaxıcısının tikintisi üçün torpaq qazma işləri aparılıb və magistral boru xəttinin 51,6 km hissəsinin çəkilməsi üçün işlər yerinə yetirilib.

Eyni zamanda, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları üzrə su təsərrüfatı və meliorasiya kompleksinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və həmin rayonlar üzrə texniki-əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün texniki tapşırıqların layihəsi hazırlanıb. İşçi qrupun üzvləri ilə razılaşdırılmış texniki tapşırıqlara uyğun olaraq, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün layihə şirkətlərinin seçimi üzrə açıq tender keçirilərək qalib layihəçi şirkətlərlə müqavilələr imzalanıb. Hazırda layihə işləri davam etdirilir. Eyni zamanda, Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının (117,3 ha) suvarma suyu ilə təminatı məqsədi ilə layihə sənədlərinin hazırlanması üçün tender keçirilərək layihə işləri başa çatdırılıb.

Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə ötən ilin kəskin quraqlıq və su qıtlığı şəraitində əhalinin içməli və kommunal - məişət su təchizatının, əkin sahələrinin su təminatının, elektrik enerjisi istehsalının təmin edilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüş, su anbarları və magistral kanallar üzrə operativ qaydada iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiqlənib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislər ayrı-ayrı obyektlərə təhkim edilib, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin, agentliyin rəhbərliyinin və struktur vahidlərinin işçilərinin, eyni zamanda, aidiyyəti qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı videoformatda müşavirələr keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib.

Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində (39,2 milyon kubmetr suvarma, 13,2 milyon kubmetr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 km hissəsi beton üzlüyə alınıb, 2959 hidrotexniki qurğu, 6385 subartezian quyusu, 291 nasos stansiyası əsaslı və cari təmir edilib.

Çay məcralarında 10,4 mln. kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 946 kubmetr şax-daş və faşin, 1,1 min kubmetr qabion, 16,5 min kubmetr həcmində daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 465 min hektar sahədə (bundan 16 min 472 hektar təkrar əkin) orta hesabla 3,4 dəfə suvarılıb, o cümlədən dənli bitkilər 559 min 596 hektarda 2,4 dəfə, pambıq 94 min 759 hektarda 3,6 dəfə, tütün 2652 hektarda 4,5 dəfə, yem bitkiləri 422 min 950 hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67 min 578 hektarda 6,2 dəfə, çoxillik əkmələr 155 min 203 hektarda 3,9 dəfə və həyətyanı sahələr 146255 hektarda 5,4 dəfə suvarılıb. Oktyabr ayından başlayaraq 2024-cü ilin məhsulu üçün əkilmiş taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub, sözügedən əkinlər 481 min 725 hektarda 0,8 dəfə suvarılıb.

Bütün suvarma mənbələrindən 9,85 mlrd. kubmetr su götürülüb və su istifadəçilərinə 7,23 mlrd. kubmetr su verilib.

Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir.

Agentliyin mütəxəssisləri və istismar idarələrinin nümayəndələri tərəfindən yerli Dövlət Aqrar İnkişaf mərkəzləri, icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə mütəmadi olaraq sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi işləri həyata keçirilir.

Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 260 hektar sahədə meşə zolaqlarına müvafiq aqrotexniki qulluq göstərilib.

Həyata keçirilmiş meliorativ istismar tədbirləri, eləcə də 110,5 km kollektor-drenaj şəbəkəsinin tikilməsi, yenidən qurulması və bərpası hesabına suvarılan torpaqlarda təkrar şorlaşmanın qarşısı alınıb, 2022-ci ilə nisbətən 800 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Hazırda qarşıya qoyulmuş vəzifələrin icrası olaraq agentlik tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə, kənd təsərrüfatı bitkilərinin suvarılması işləri davam etdirilir.

Ümumilikdə hesabat dövründə yenidən qurulması və tikintisi aparılan obyektlərdə 3618 pm uzunluğunda suvarma boru kəməri çəkilib, 14 min 052 pm uzunluğunda suvarma kanalları və 112 min 690 pm uzunluğunda kollektor-drenaj şəbəkəsi qurğularla birlikdə yenidən qurulub və tikilib.

Eyni zamanda, Araz çayı boyunca sərhəd infrastrukturunun və ərazilərin sel sularından mühafizəsi tədbirlərinin və Sabirabad rayonunda yerləşən qış otlaqlarının Kür çayı üzərində əlavə nasos stansiyasının quraşdırılmasının layihə sənədlərinin hazırlanması işləri tamamlanıb. Eləcə də Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının və Yengicə su anbarının magistral və paylayıcı kanallarının tikintisi üzrə layihə sənədlərinin hazırlanması işləri aparılıb.

Xocalı və Cəbrayıl şəhərlərinin, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin bağ massivlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su anbarının, magistral və paylayıcı kəmərlərin tikintisi, nasos stansiyasının yenidən qurulması, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərində tullantı sularının Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsi məqsədilə kollektorun tikintisi işlərinə başlanılıb. Bakı şəhərinin 8 Noyabr prospektində içməli və tullantı su infrastrukturlarının yenidən qurulması, Xəzərin buxtasına axıdılan tullantı suların qarşısının alınması tədbirləri icra olunur.

Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli şəhərlərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin yaradılması layihələrinin icrasına başlanılması, Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli su ilə təminatı məqsədilə məhsuldarlığı 8000 m³/gün olan su təmizləyici qurğunun istismara verilməsi nəzərdə tutulur.

Gəncə, Mingəçevir, Şəki, Şirvan, Salyan, Neftçala şəhərlərində içməli və tullantı su şəbəkələrinin tikintisi davam etdiriləcək, İsmayıllı, Tovuz rayonlarının bir sıra kəndlərində içməli su layihələri üzrə nəzərdə tutulmuş işlər başa çatdırılacaq.

Bu və bu kimi digər tədbirlərin həyata keçirilməsi su ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin içməli suya olan tələbatının ödənilməsinə, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaradacaq.

Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, ölkəmizin qazandığı hər bir uğurun əsasında məhz Ulu Öndərin ideyaları, vaxtı ilə onun müəyyən etdiyi strateji təməllər dayanır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, onun çoxminli kollektivi dövlətimizin diqqət və qayğısına cavab olaraq əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində ardıcıl tədbirləri davam etdirəcək, mövcud meliorasiya, irriqasiya və su təchizatı sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək