Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Türkiyəni təmsil edən azərbaycanlı astronavt kosmosda həyata keçirdikləri elmi təcrübələri açıqlayıb - MÜSAHİBƏ

Türkiyəni təmsil edən azərbaycanlı astronavt kosmosda həyata keçirdikləri elmi təcrübələri açıqlayıb -  MÜSAHİBƏ

Nyu-Meksiko, 10 iyun, AZƏRTAC

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Tuva, Yerə bir daha xoş gəlmişsiniz. Azərbaycana və Türkiyəyə böyük qürur yaşatdınız. Buna görə, Sizə təşəkkür edirəm və təbrik edirəm. Uçdunuz və səmadan dünyaya baxdınız. Nə hiss etdiniz?

- Kosmosa gedən yolda əsasən bir neçə dinamik proses baş verdi. Birincisi, daşıyıcı təyyarədən ayrılmağımız, daha sonra raket mühərrikinin alovlanaraq işə düşməsi və bir dəqiqəlik qısa müddətdə 3 Ma, yəni 3 qat səs sürəti ilə yuxarı çıxmağımız olduqca dinamik proses idi. Təbii ki, oradakı hisslər, duyğular, həyəcanlar çox yüksək idi. Raketin mühərriki susduqdan sonra mikroqravitasiya (çəkisizlik) vəziyyəti yarandığı zaman mən dərhal üzərimdəki təcrübə vasitələri ilə bağlı bəzi işlər görməli idim. İlk 30-40 saniyə arasında onlarla məşğul oldum. Onlar bitdikdən sonra kəmərimi açıb uçmağa başladıqda bunun uşaq kimi həyəcanını yaşamaq şansını əldə etdim. Olduqca özəl bir təcrübə idi. Mikroqravitsiya, çəkisiz olmaq Yer üzərində yaşaya biləcəyimiz bir təcrübə deyil. Havada quş kimi uçursan, amma bunu qanadların olmadan edirsən. Bu, çox böyük zövqverici hissdir. Kabinənin içərisində bəzi yerlərdən tutub özünü tənzimləməyə çalışmaq çox qəribə, öyrəşmədiyimiz bir vəziyyətdir. Aşağı və ya yuxarı yoxdur. Yerdə qravitasiya səbəbi ilə haranın aşağı və ya yuxarı olduğunu bilirik, amma kosmosda elə deyil. Təbii ki, istiqamət var, amma siz bundan asılı olmayaraq, özünüzü fırlada bilirsiniz. Bu olduqca əyləncəli idi, amma ən özəl anlardan birinin pəncərədən baxarkən atmosferin maviliyini gördüyüm an olduğunu deyə bilərəm. Həm Türkiyəyə, həm də Azərbaycana bu anı yaşatmaq, qolumda və sinəmdə hər iki bayraqla oraya çıxmaq təbii ki, bu təcrübəni, bu uçuş mənim üçün daha fərqli mənaya daşıdı. Bunu bacarmaqdan son dərəcə xoşbəxtəm.

- Azərbaycanda da uçuşunuzu böyük həyəcanla gözləyirdilər. Sinənizdə iki bayraqla uçacağınıza dair açıqlamanız Azərbaycanda bir deyimə çevrilmişdi. Azərbaycan sizin üçün nə deməkdir? Bu barədə hisslərinizi bilmək istərdik.

- Məşhur deyim var: “Bir millət, iki dövlət”. Bizim iki bayrağımız var, amma bir millətik. Beləliklə, bu iki dövlətin bayraqları yer üzündə necə yan-yanadırsa, xoş gündə, pis gündə necə yanaşıdırsa, kosmosda da bu bayraqların sinəmdə yan-yana olmalı olduğunu hiss etdim. Bunu hiss etmək, 3 dəqiqəlik də olsa, bu iki bayrağı yan-yana kosmosa daşıya bilmək, bu iki bayrağa çiyin-çiyinə mikroqravitasiyanı, çəkisizliyi yaşada bilmək çox böyük bir qürur verdi. Daha uzun illər Türkiyə və Azərbaycanın birlikdə kosmik texnologiyalar sahəsində sıçrayışlar edəcəyinə, bu sahədə əldə edə biləcəyimiz əlavə imkanlar sayəsində insanlarımızın yaşam standartlarını yuxarı daşıyacağımız gələcəyi bizə göstərəcəyinə çox ümid edirəm.

- Bəs, bayraqlarla bağlı planınız nədir?

- Bildiyiniz kimi, bayraqları Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə İstanbulda keçirilmiş və bizi Türkiyəyə və bütün dünyaya elan etdiyi TEKNOFEST-də təqdim etmişdi. Birini Alper Gezeravcıya, digərini də mənə vermişdi. Bayraqla bağlı planım odur ki, Türkiyəyə qayıtdıqdan sonra onu Prezidentimizə geri verim. Azərbaycan Bayrağı ilə bağlı isə arzum odur ki, onu bütün Azərbaycan xalqına göstərim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edim.

- Kosmosda bəzi elmi təcrübələr aparacağınız qeyd edilmişdi. Nə kimi təcrübələr gerçəkləşdirildi və bunların nəticələri nədən ibarətdir?

- “Qalaktik 7” missiyası çərçivəsində 7 fərqli elmi təcrübə həyata keçirdik. Bunlardan 3-ü xüsusi olaraq hazırlanmış uçuş geyimim üzərində kosmosa daşıdığım təcrübələr idi. 4-ü isə insan fiziologiyası təcrübəsi olaraq adlandırdığımız araşdırmalar oldu. Bunlar bu uçuşun insan bədənində nə kimi dəyişikliklər yaratdığını ortaya qoymağı hədəfləyən, hüceyrədənkənar veziküllərdən metabolik dəyişikliklərə, genetik xəritəmizdə, genlərimizdə formalaşan metamorfozlardan bir qrup xərçəng hüceyrələrinin davranışlarına qədər geniş miqyasda araşdırmalar apardığmız 4 insan fiziologiyası təcrübəsidir. Bunların hər birinin nəticələri həm Türkiyəyə, həm də dünyadakı kosmos ədəbiyyatına, elmi ədəbiyyata çox vacib töhfələr verəcək. Beyindəki qan dövranını təhlil etdiyimiz təcrübə ilə ilk dəfə kosmik uçuşun bütün mərhələlərində beyinin prefrontal korteks bölgəsində qan yayılması və oksigenin ölçülməsi həyata keçirildi və eyni zamanda araşdırmaçılar uçuşun bütün mərhələlərində CSF adlandırılan onurğa iliyi mayesinin kəllə sümüyündəki təzyiq dəyişiminə təsirini təhlil etmək şansını əldə etdilər. Normal vəziyyətdə astronavtlar kosmosa uçarkən başlarına bu cür qurğuların yerləşdirilməsi uyğun olmaya bilir. Amma “Unity” ilə həyata keçirdiyimiz bu missiyada bunu edə bildik və həm yüksək qravitasiyaya məruz qaldığımız zaman, həm də mikroqravitasiyaya keçid anlarında beyin içərisində təzyiqin dəyişməsi və onurğa iliyi mayesinin buna təsiri ilk dəfə araşdırılaraq ortaya qoyulacaq. Eyni şəkildə sağ ayağımda daşıdığım insulin qələmi testi ilə ilk dəfə mokroqravitasiya şəraitində 2 fərqli doza ötürmə mexanizmi olan insulin qələminin dozaları tənzimlənərək müvafiq toplama qablarına ötürülüb. Araşdırmaçılarımız bu doza köçürmələrinin effektivliyini təhlil etməklə insanların, xüsusilə diabet xəstələrinin gələcəkdə dünya orbitində inşa ediləcək bır sıra ticari kosmik stansiyalarına gedərək daha uzun yaşamasına imkan yaradacaq təcrübələri gerçəkləşdirdilər. Digər avadanlıq təcrübəmiz isə sağ qolum üzərində daşıdığım Orta Doğu Texniki Universitetinə məxsus radiasiya ölçmə cihazı idi. Bilirsiniz ki, bir çox azərbaycanlı tələbə də bu universitetdə təhsil alaraq həm Azərbaycanda, həm Türkiyədə texnoloji inkişaf sahəsində çalışır. Bu təcrübə ilə uçuşun bütün mərhələlərində nə qədər ionlaşmış radiasiyaya məruz qaldığım ölçüldü. Araşdırmaçılarımız bu nəticələri önümüzdəki aylarda ortaya qoymuş olacaqlar.

- Bundan sonrakı planlarınız nədən ibarətdir və gənclərə nə tövsiyə edirsiniz?

- Düşünürəm ki, həm Türkiyə, həm də Azərbaycan qravitasiyada istehsal fəaliyyətlərinə üstünlük verməlidir. Dünyada bəzi kompleksləri və bir çox materialları effektiv şəkildə istehsal edə bilmirik. Çünki Yerdəki cazibə qüvvəsi xarab olmağa daha meyilli materialların istehsal imkanını aradan qaldırır. Çünki cazibə qüvvəsi sedimentasiya səbəbindən onları aşağı çəkir. Amma orbitə getdikdə və Yerin cazibə qüvvəsindən qurtulduğumuz zaman içərisində birdən daha çox komponenti birləşdirən kompleks və çox tərkibli (qatı, maye, qaz və bəzən də gel tərkibli) maddələrin istehsalını gerçəkləşdirmək mümkün olur. Həm qeyri-üzvü metal ərintilər - şüşə və fiberoptik kabellər, həm də üzvü materialların istehsalını qravitasiya şəraitində istehsal etmək mümkün ola bilir. Bu da insan hüceyrələrini orbitdə istehsal edib daha sonra transplantasiya üçün dünyaya göndərə biləcəyimiz gələcəyin çox uzaq olmadığına işarə edir. Beləliklə, milyardlar və hətta trilyon dollarla dəyərləndirilən bu qravitasiyada istehsal fəaliyyətlərindən həm Türkiyə, həm də Azərbaycanın maksimum pay alması üçün texnoloji addımlarımızı genişləndirməli və insan resurslarımızı buna görə planlaşdırmalıyıq. Buradan gənclərə demək istəyirəm ki, əgər bu sahəyə maraqları varsa, kosmik texnologiyalar sahəsində karyera qurmağı düşünürlərsə, bu xəyalları qursunlar, sonra bunları gərçəkləşdirməyin mümkün ola biləcəyi hədəflərə çatmağın yollarını tapsınlar və tələbkar olsunlar. Bəlkə də ən önəmlisi tələbkar olmaqdır. “Öz millətimə töhfə verəcəyimə ürəkdən inandığım bu sahədə fəaliyyət göstərmək istəyirəm” desinlər və gəlib bizləri tapsınlar, bizdən kömək istəsinlər, biz də sevə-sevə yardım edib, sonra toplanıb birlikdə kosmosa çıxaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-Meksiko 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək