|
1991-ci il. Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib. Eyni vaxtda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb. 1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib. |
|
1930-cu il. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublikanın ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Əvvəllər respublikada dairə və qəzalar fəaliyyət göstərib. |
|
1871-ci il. Britaniya fiziki, nüvə fizikasının “atası” kimi tanınan Ernest Rezerfordun doğum günü (1871-1937) E.Rezerford 1908-ci ildə “radioaktiv maddələr kimyasında elementlərin parçalanması sahəsində aparılan tədqiqatlara görə” Nobel mükafatına layiq görülüb. Görkəmli alim 1911-ci ildə özünün məşhur α-zərrəciklərinin yayılması təcrübəsi ilə atomun daxilində müsbət yüklü zərrəciklə yüklənmiş nüvənin və onun ətrafında mənfi yüklü elektronların mövcudluğunu sübut edib. Təcrübə nəticəsində atomun planetar modeli yaradılıb. |