Azərbaycan Dövlət İnformasiya Agentliyi

30-a yaxın nəşriyyat, 30 mindən çox kitab - Naxçıvan Kitab Festivalından reportaj VİDEO

Naxçıvan, 9 may, Nail Əsgərov, AZƏRTAC

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş kitab festivalı başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival üç gün davam edəcək.

Naxçıvan Kitab Festivalında 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab mütaliəsevərlər üçün satışa çıxarılıb. Tədbir elə ilk gündən həm yerli əhalinin, həm də ölkəmizin digər yerlərindən gələn, eləcə də xarici qonaqların böyük marağına səbəb olub.

Festival iştirakçıları, tanınmış yazıçılar kitab bayramı ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, festival çərçivəsində bu gün tanınmış yazıçılarla “Oxu saatları” təşkil olunacaq. Növbəti günlərdə isə imza günləri, panel müzakirələr və seminarlar keçiriləcək. Mayın 10-u axşam saatlarında isə konsert proqramı təşkil olunacaq və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

“Naxçıvan tarixən Azərbaycan ədəbiyyatına böyük simalar bəxş edib. Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, Mirzə Cəlil kimi. Bu gün də Naxçıvandan olan çox dəyərli, istedadlı şairlər, yazıçılar var. Bu gözəl ədəbiyyat torpağında, ANAİB-in çətiri altında kitab festivalının keçirilməsi fikirləşirəm ki, təkcə Naxçıvanın deyil, ümumiyyətlə bütün ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir. Əlbəttə ki, bu, ilk növbədə Naxçıvanın mədəni mühitində kitaba olan marağı artıracaq. Mən fikir verdim, səhər saatlarından insanlar buraya axın-axın gəlir. Sevindirici haldır ki, onların arasında xüsusən də gənc, yeniyetmə, balaca oxucularımız var", - deyə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə ANAİB-in çətiri altında 22-ci kitab festivalı keçirilir və onlardan ikincisi gözəl Naxçıvan torpağında, əlamətdar günlərdən birinə - Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edir.

“Artıq dördüncü dəfədir ki, Naxçıvana səfər edirəm. Bu qədim diyarı hər səfərimdə daha yaxından tanımağa çalışır və hər dəfə buradan xoş təəssüratlarla ayrılıram. Budəfəki səfərim zamanı şəhərin bir sıra görməli yerlərində oldum və Naxçıvan sakinlərinin mehribanlığına, qonaqpərvərliyinə bir daha şahidlik etdim”, - deyə tanınmış yazıçı Elxan Elatlı qeyd edib.

Yazıçı bildirib ki, bu cür tədbirlər cəmiyyətin mədəni səviyyəsini göstərir və burada iştirak edənlər elmə, ədəbiyyata, kitaba dəyər verən ziyalılardır: “Kitab festivalının keçirilməsi çox sevindirici haldır. Çünki buraya üz tutan insanlar kitabı sevən, ziyalı təbəqədən olan şəxslərdir. Mən gəzdiyim bölgələrdə də hər zaman qeyd etmişəm ki, Naxçıvanda kitaba və yazıçıya xüsusi hörmət var. Naxçıvanda kitab oxuyanların sayı çoxdur və bu, sevindirici bir göstəricidir. Belə tədbirlərin tez-tez keçirilməsini arzulayıram. Çünki bu, mənə naxçıvanlı oxucularımla daha çox görüşmək imkanı yaradır.”

“Qədimqala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu isə deyir ki, artıq nəşriyyat olaraq ikinci dəfədir Naxçıvanda keçirilən kitab festivalında iştirak edirlər. “Hər mənada naxçıvanlıların kitab sevgisindən çox məmnunuq. Çünki onların bu sevgisi bizi yenidən, ikinci dəfə keçirilən festivala gətirdi. Həm ötən il, eləcə də indi, insanların kitaba olan marağını, onların kitabla olan ünsiyyətini, xüsusən də valideynlərin övladlarını götürüb bu sərgiyə gəlmələri həqiqətən də bizə çox xoş təsir bağışlayır. Əminik ki, bu festivalların sayı çox olacaq və nəinki Naxçıvanda, bütün bölgələrimizdə kitablı günlər, kitab bayramları daha çox keçiriləcək”, -deyə o əlavə edib.

Qeyd edək ki, sayca ikinci dəfə keçirilən Naxçıvan Kitab Festivalı mayın 11-də yekunlaşacaq, üç gün müddətində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, maraqlı fləş-mob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.

30-a yaxın nəşriyyat, 30 mindən çox kitab -  Naxçıvan Kitab Festivalından reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər

Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçirilib

BSU-nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb

Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub

Putin Soçidən Trampla telefon danışığı aparır YENİLƏNİB

Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib

“Hamburq” klubunun Bundesliqaya yüksəlişi münasibətilə keçirilən şəhər bayramında 100 min nəfər iştirak edib

2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin üçüncü toplantısı keçiriləcək

Məhkəmədə Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

Türkiyənin iki şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər keçiriləcək

Baş Prokuror korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib

Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırıb

Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb

Məşqçi Nicat Qarayev: Məqsədimiz Avropa Gənclər Olimpiya Festivalına yaxşı hazırlaşmaqdır

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək

Biləsuvar sakinini ilan sancıb

“Suraxanı” gəmi-muzeyində “Rəssamların döyüşü” layihəsinin növbəti mərhələsi keçirilib

Vyetnam Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Taksi xidməti ilə bağlı islahatlar: Vəziyyət dəyişib? VİDEO

Taksi xidməti ilə bağlı islahatlar: Vəziyyət dəyişib? VİDEO

Dağıstanla investisiya, KOB, sənaye sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Professor Nadir Məmmədli TÜRKSOY medalı ilə təltif edilib

ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb

Minifutbol üzrə dünya çempionatında uğurlu nəticə qazanacaq Azərbaycan millisi üçün mükafat olacaq

Millinin baş məşqçisi: Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz

Azərbaycan minifutbol yığmasının üzvü: Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik

Azərbaycan minifutbol millisinin baş məşqçisi: Evdə oynamaq böyük məsuliyyət tələb edir VİDEO

Azərbaycan minifutbol millisinin baş məşqçisi: Evdə oynamaq böyük məsuliyyət tələb edir VİDEO

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik VİDEO

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik VİDEO

Litva şirkəti ilə “Araz Vadisi İqtisadi Zonası”nda həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub

Hesablama Palatasının nümayəndə heyəti “Rusiya-İslam Dünyası: Kazanforum” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib

İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verilib

Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı? VİDEO

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı? VİDEO

Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub

Beynəlxalq Mihay Eminesku Akademiyası Azərbaycandan olan bir şairin Nobel mükafatına namizədliyini irəli sürəcək

Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək

Agentlik: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

Çin mədəninin dərinliklərində superbakteriyaları məhv edən güclü antibiotik kəşf edilib

Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir

Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar

Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib

BDU ilə Qırğızıstan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

AZSTAND-ın nümayəndəsi halal standartlar üzrə nəzəri və praktik biliklər əldə edib

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

® Milli Biznesin İnkişafı Forumunun məhkəmə sisteminə həsr olunmuş dördüncü xüsusi sessiyası təşkil olunub

Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz

AzMİU-da yeni laboratoriyalar istifadəyə verilib

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib

“Autizm probleminin korreksiyası zamanı istifadə olunan inteqrativ model” - seminar

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya

Bu ilin ilk rübündə AKİA tərəfindən 2480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib

İdarə Heyətinin üzvü: Azərbaycan Milli QHT Forumu İctimai şuraların sağlamlaşdırılmasında maraqlıdır

Milli QHT Forumunun İdarə Heyətinin üzvü: İlin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq VİDEO

Milli QHT Forumunun İdarə Heyətinin üzvü: İlin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq VİDEO

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

Azərbaycan telekanalları etibarlı mənbə kimi liderliyini qoruyub saxlayır - ARAŞDIRMA

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO

Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rəqəmsal rənglər” sərgisi açılıb

Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olub

AMQF-nin İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat verib, qarşıdakı planları açıqlayıb YENİLƏNİB

Pərvanə Vəliyeva: Bu il Qərbi Azərbaycanla bağlı 51 layihə QHT-lər tərəfindən icra olunacaq

Ömrə yaraşıq güllər - FOTOREPORTAJ

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Buenos-Ayresdə daşqınlar səbəbindən 4 mindən çox insan təxliyə olunub

Britaniya-Azərbaycan Ticarət Palatasının sədri: Azərbaycan regionda yaşıl enerji mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

İsveçrədəki kənd 1 milyon kubmetr qaya sürüşməsi təhlükəsi səbəbindən təxliyə edilib

Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb

Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək

Yunan adasında baş verən yeraltı təkanlar onlarla evə ziyan vurub

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır VİDEO

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır VİDEO

Azərbaycanın daha bir velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb VİDEO

Azərbaycanın daha bir velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb VİDEO

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır VİDEO

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır VİDEO

Qazaxıstan Prezidenti TDT sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb

® “Expressbank” II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib

Aİ ölkələri çoxmilyardlıq müdafiə fondu yaradır

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmirinə başlanılıb VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmirinə başlanılıb VİDEO

Sürüşmədən sonra Şamaxı-Cabanı-Əngəxaran yolunun 11-ci kilometrliyində bərpa işləri aparılır VİDEO

Sürüşmədən sonra Şamaxı-Cabanı-Əngəxaran yolunun 11-ci kilometrliyində bərpa işləri aparılır VİDEO

Asteroidləri tədqiq edəcək “Tyanven-2” zondu mayın sonunda kosmosa buraxılacaq

Parlamentin Aqrar siyasət komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub

“AzerGold”da “IE Universiteti” tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

BOKT-ların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

Kazanda keçirilən beynəlxalq forumda Azərbaycanın pensiya islahatları təcrübəsindən bəhs olunub

Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir

® “Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəlib

Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib

“Araz dəhlizi” digər regional tranzit marşrutlarına həyat qabiliyyətli bir alternativ kimi çıxış edə bilər – MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərir

SAT imtahanına qeydiyyat davam edir

Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib

Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib VİDEO

Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib VİDEO

Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

Mehmet Özkan: Türkiyə Maarif Vəqfinin 485 məktəbində 70 mindən çox şagird təhsil alır