Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

30 yaşlı “İki sahil”: Azərbaycanın müstəqillik tarixinin güzgüsü

30 yaşlı “İki sahil”: Azərbaycanın müstəqillik tarixinin güzgüsü

Bakı, 10 iyul, AZƏRTAC

Müasir müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd, çağdaş mətbuatımızın yaranmasında və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in ilk nömrəsinin işıq üzü görməsindən 30 il keçir.

1991-ci il iyulun 10-da “İki sahil” adı ilə nəşrə başlayan qəzet ilk gündən özü üçün amal seçdiyi “Vahid Azərbaycan uğrunda!” devizinə bu gün də sadiqdir. “İki sahil”in işıq üzü görməsi ərəfəsində ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. İctimai-siyasi vəziyyətin gərginliyi bütün sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Belə bir durumda iqtisadi inkişafdan danışmaq mümkün deyildi. Bütün bu çətinliklərə baxmayaraq həmin o gərgin dövrdə “İki sahil” mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də sadiq qaldığı missiyasını uğurla icra edir. Qəzet, həmçinin müstəqillik tarixinin güzgüsünə çevrilib.

Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın ulu öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri “İki sahil” olub. Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda dayanan “İki sahil” üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”. Ümummilli Liderin bu son dərəcə önəmli, qiymətli fikirləri bir daha sübut edir ki, xalqa, dövlətçiliyə xidmət bütün fəaliyyəti boyu “İki sahil”in əsas amalı olub və qəzet bu gün də həmin məramına sadiqlik nümayiş etdirir.

Qəzet Ümummilli Liderin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş təhlil edərək hərtərəfli işıqlandırıb.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda inkişafın yeni mərhələsi başlandı, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. “İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, dövlətimizin bu sahədəki siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Bu gün paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq və quruculuq işlərinin təməlində Ulu Öndərin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi neft siyasəti və yeni neft strategiyası dayanır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində SOCAR dünyada tanınan nüfuzlu şirkətə çevrilib. Təkcə ölkə iqtisadiyyatında deyil, dünya iqtisadiyyatında SOCAR-ın böyük təsir gücünə malik bir şirkətə çevrilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir. “İki sahil” qəzeti neft strategiyasının həyata keçirilməsi istiqamətində görülən işləri geniş işıqlandırmaqla ictimaiyyəti qazanılan uğurlar barədə daim məlumatlandırır.

Ümumiyyətlə, “İki sahil” qəzetinin keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq açıq-aydın görərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verir. Hazırda qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. “İki sahil”in daim yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilindən və xaricindən ən doğru və düzgün xəbərlər operativ şəkildə oxuculara çatdırılır. Bununla yanaşı, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” internet televiziyası da izləyicilərin rəğbətini qazanıb.

İnkişafımızın müasir mərhələsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, azərbaycançılıq ideologiyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximizlə, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu mənada “İki sahil” hər zaman jurnalistikanın təməl prinsiplərinə sadiq qalır, Azərbaycan reallıqlarının təbliğini yüksək səviyyədə həyata keçirir, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Xalqa, dövlətə və dövlətçiliyə xidmət “İki sahil” qəzetinin əsas amalıdır.

AZƏRTAC əlamətdar yubiley münasibətilə “İki sahil”in kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

“Şah dili-dalğalar və fırçalar”

Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

Bu gün Ekoloji Bilik Günüdür