Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şuşada Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub

Bakı, 4 sentyabr, AZƏRTAC

Şuşa şəhərində, Qarabağ Hotelində Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mediasiya Şurasından bildirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Avrasiya Hüquqşünaslar Assosiasiyasının “Mediasiya (mübahisələrin səmərəli həlli vasitəsi) - Praktik dərslik” kitabı nəşr edilib. Nəşr olunan kitab Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunub. İlk dəfə gürcü dilində Gürcüstanda nəşr edilən kitabın müəllifi Gürcüstan Mediasiya Şurasının İdarə Heyətinin sədri İrakli Kandaşvilidir. Kitabın Azərbaycan dilində nəşrinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstək verilib. Kitabın Azərbaycan dilinə tərcüməsi, redaktəsi sahəsində isə Azərbaycan Respublikasının Mediasiya Şurası yaxından dəstək olub. İlk dəfə Azərbaycan dilində nəşr edilən tədris vəsaiti mediatorların praktik biliklərinin artırılmasında, professional səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, mediasiyada Azərbaycan dilində tədris vəsaiti çatışmazlığı bu sahədə ciddi problemlər yaradırdı. Qeyd edilən vəsaitin nəşri bu sahədə boşluğun doldurulmasında mühüm rol oynayacaq. Eyni zamanda, Mediasiya Şurası tərəfindən təlim qurumu kimi mediasiya reyestrinə daxil edilən Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı da daxil olmaqla, əmək və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə kurslar təşkil olunarkən qeyd edilən vəsait mediator olmaq istəyən namizədlərə ödənişsiz əsaslarla təqdim ediləcək. Kitabın nəşrinin əsas məqsədi mediasiya sahəsində praktiki bacarıqların artırılmasına dəstək olmaq, mediasiya proseslərinin effektivliyində, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediatorluğa namizədlərin və mediatorların bilik və bacarığının artırılmasıdır. Kitabda mediasiya prosesinin müxtəlif mərhələləri, metodları və strategiyaları ətraflı şəkildə izah olunur. Eyni zamanda, kitabda mediasiya sahəsində beynəlxalq təcrübələr və tövsiyələr də yer alır. Kitab, eyni zamanda, geniş auditoriya - vəkillər, hakimlər və mediasiya prosesində iştirak edən bütün maraqlı tərəflər üçün nəzərdə tutulub.

Kitab barədə danışan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ilk olaraq kitabın müəllifi, Gürcüstan Mediatorlar Assosiasiyası İdarə Heyətinin sədri İrakli Kandaşviliyə təşəkkürlərini bildirib. O qeyd edib ki, İrakli Kandaşvili dost və qardaş gürcü xalqının simasında Azərbaycanı sevən şəxslərdəndir və dostumuzdur. O qeyd edib ki, İrakli Kandaşvilinin kitabının Azərbaycan dilində nəşr olunması və xüsusən də ilk təqdimat mərasiminin Şuşada təşkil edilməsi təkcə mediasiya sahəsində biliklərin öyrənilməsində deyil, həmçinin iki xalq və xalqların peşə birlikləri arasında olan dostluq və qardaşlığın nümunəsidir. Nadir Adilov qeyd edib ki, Şuşada belə bir kitabın təqdimat mərasiminin təşkil edilməsinin mənəvi mənası çox böyükdür. O, mediatorlara kitabı oxumağı və İrakli Kandaşvilinin Azərbaycana səfəri zamanı kitabın onunla müzakirəsinin təşkil edilməsini tövsiyə edib.

Kitabın təqdimat mərasiminə videozənglə qoşulan Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili kitabın Azərbaycan dilinə nəşrinin maliyyələşdirilməsində göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Avrasiya Hüquqşünaslar Assosiasiyasına və Mediasiya Şurasına dərin təşəkkürlərini bildirib. O, canlı olaraq təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini, lakin növbəti imza günündə mütləq iştirak edəcəyini diqqətə çatdırıb. İrakli Kandaşvili, həmçinin Şuşada region mediasiya təşkilatı rəhbərləri və mediatorlarının iştirakı ilə “Mediasiya təşkilatlarının marketinq üzrə bacarıqlarının artırılması” adlı seminarın təşkil edildiyindən xəbərdar olduğunu qeyd edib və əlavə edib: “Seminarı dostum Nadir Adilovun da aparmasından çox məmnunam, əminəm ki, bu seminar və müəllifi olduğum kitab azərbaycanlı qardaşlarımız olan mediatorlarımıza marketinq fəaliyyətlərində əlavə bacarıqlar qazandıracaq”. Sonda o, Azərbaycan mediatorlarının uğurlarına sevindiyini bildirib və onlara yeni nailiyyətlər arzu edib. Təqdimat mərasimi kitab barədə fikirlərin bildirilməsi ilə başa çatıb. Kitablar mediatorlara ödənişsiz olaraq təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"MEDİALAB” televiziya proqramına start verilib

Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyini öyrənmək imkanı yaranıb MÜSAHİBƏ

Tərtərdə Aqrar Biznes Festivalı keçirilib

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 73 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 71 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 69 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 67 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

"Sabah" yarımmüdafiəçi ilə yollarını ayırıb

Azərbaycanlı alimin “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı təqdim olunub

Britaniya hökuməti sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır

Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib

Gürcüstan qonşu ölkələrlə strateji əməkdaşlığa böyük əhəmiyyət verir

Salome Zurabişvili ikinci dəfə Gürcüstan Prezidenti olmaq niyyətindədir

BDU-105: Azərbaycan və xarici ölkələr üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan Geologiya fakültəsi

İtaliya 2028-ci ildə Monteneqronun Aİ-yə üzv qəbul ediləcəyinə ümidvardır

Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil

XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu ikinci gün işini müzakirələrlə davam etdirib

Azərbaycan “Belarus Nəqliyyat Həftəsi - 2024” beynəlxalq forumunda iştirak edir

Ceyhun Bayramov Küveyt səfiri ilə iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə edib

İtaliyalı professor: Azərbaycan Romanın həyati və strateji enerji tərəfdaşıdır MÜSAHİBƏ

ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Saatlı rayonunda məktəb açılışı olub

Rza Heyət: Məqsədim Azərbaycan dilini Türk dünyasının əsas elmi dilinə çevirməkdir

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibədə 245 nəfər uğur qazanıb

Antoni Blinken: ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

İİB-də işləyən azərbaycanlı iqtisadçı: Alimlərimiz təkcə elm deyil, digər sahələrdə də töhfələrini verə bilərlər

Yeni tədris ilində UNEC-in Elmi şurasının ilk iclası keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında görüş olub, üçtərəfli protokol imzalanıb

Azərbaycanla UN-Habitat arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Aleksandar Vuçiç: Kosovo ilə artan gərginliyə görə ciddi qərarlar qəbul edəcəyik

Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin adları açıqlanıb

Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

ADNSU-da Portuqaliyanın ali təhsil müəssisəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Xaricdə yaşayan azərbaycanlı alim: Biz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik

Formula 1-in çinli pilotu: Azərbaycanın paytaxtı unikal yerdir

Moskva Dövlət Universitetinin kafedra müdiri: Vətəndən kənarda yaşasaq da, ürəyimiz buradadır

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin bir qrupunu təltif edib

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU Elmi şurasının yeni tədris ilində ilk iclası

Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Antoni Blinken: Rusiyanın İrandan aldığı ballistik raketlər Avropa üçün təhdiddir

Toğrul Talışinski: Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan gözləntilərim çoxdur

Bolqarıstanda “Sea Breeze” beynəlxalq hərbi təlimlərinə start verilib

Azərbaycanın vasitəçilik rolunun tanınması Prezident İlham Əliyevin ardıcıl və proqnozlaşdırılabilən siyasətinin nəticəsidir - RƏY

Qubanın Adur kəndində yeni körpü istifadəyə verilib

® “Unibank”ın biznes üçün kampaniyası - istədiyin təklifi seç!

Hülkenberq: Bakı küçə trasının əsas məkanıdır

Müəllimlər üçün “Yaşıl dünya naminə həmrəylik” mövzusunda vebinar keçirilib

Qərbin rüsumlarına baxmayaraq, Çin elektromobil ixracını 12,6 faiz artırıb

Mərkəzi Bankın “Nağd pul ofisi” müvəqqəti fəaliyyət göstərməyəcək

Türkiyənin iqlim səfirləri COP29-a hazırlıq məsələlərini müzakirə ediblər

Formula 1 Azərbaycan Qran-Prisinə 100-dən çox tibb işçisi təhkim olunub

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 87 nəfərə yüksəlib

Respublika Perinatal Mərkəzində yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb VİDEO

Çin Təhsil Nazirliyi, Anhui Universiteti və Xəzər Universiteti arasında müqavilə imzalanıb

DİN: Avqust ayında 352 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanın akrobatika gimnastları dünya yaş qrupları yarışlarında iştirak edəcəklər

Pakistanın Kəraçi Universitetinin professoru Botanika İnstitutunun qonağı olub

İsmayıllıda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Mərkəzi Bankın sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Sərhəddə gözləyən nəqliyyat vasitələrinin sayı açıqlanıb

AMB: Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur

Kənddə böyüyən qız fəlsəfə doktorluğu dissertasiyasını Avstraliyada müdafiə edib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Rumıniya mətbuatı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu barədə məqalələr yayıb

Yol polisi Cəngi ərazisində hərəkətin məhdudlaşdırılması ilə bağlı sürücülərə müraciət edib

Məzahir Pənahov: Azərbaycan seçici siyahıları ilə bağlı fəaliyyətində dünyada bir nümunə kimi göstərilir

Qara Qarayev: Qarabağ adı bizi birləşdirib, qəhrəman edib VİDEO

Bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq gecəsi keçiriləcək

Azərbaycan Avropanın enerji təhlükəsizliyində təkcə təbii qaz ixracatçısı deyil, həm də vasitəçi ölkə kimi iştirak edəcək - ŞƏRH

Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması məqsədilə təkliflərin qəbulu həyata keçirilir

Naxçıvanda enerji istehsalında yaşıl enerjinin payı 20 faiz artıb

Qırğızıstanın Əməkdar həkimi: Azərbaycanlı alimlərin yalnız elmi deyil, həm də sosial rolu artırılmalıdır

Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib

“Neftçi”nin almaniyalı futbolçusu: Çempion adını qazanmaq asan olmayacaq - MÜSAHİBƏ

Azərbaycanla Qazaxıstan arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb

AQTA-nın təsdiqlədiyi xarici qida obyektlərindən yem və yem əlavələrinin idxalı davam etdirilir

Azərbaycanın və Ukraynanın XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Oskar Piastri: Formula 1-in Bakı mərhələsi həmişə maraqlı olur

“Abşeron” daha bir rusiyalı voleybolçu ilə müqavilə bağlayıb

İngiltərə və Uelsdə 1750 məhbus vaxtından əvvəl azad edilir

“YAŞAT” Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir

Coğrafiya İnstitutunun demoqrafiya məsələlərinə dair yeni nəşri işiq üzü görüb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib

Esteban Okon ilə Bakı trasındakı halqada

Ümumi orta təhsil bazasından kolleclərə qeydiyyat başlanıb

Balın qiyməti 20-70 manat arasındadır – YARMARKADAN REPORTAJ

Fariz Cəfərov: Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır

® “Gələcəyimizi birlikdə qururuq”

“Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti Avrasiya Dağ Kurortları Alyansının sammitində iştirak edib

Bu il ölkədə yeni nəsil NKA-lar ilə 15 milyard manatdan çox dövriyyə qeydə alınıb

® “Caspian Gas Industry Forum”da iştirak edəcək spikerlərin adları açıqlanıb

“Binance”: Təhsil müasir rəqəmsal aktivlər və texnologiyalarda çox mühüm rola malikdir

Metronun “28 May” stansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib