Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29 Yaşıl Zonasının ilk tərəfdaşları açıqlanıb

COP29 Yaşıl Zonasının ilk tərəfdaşları açıqlanıb

Qeydiyyatdan keçən tərəflər arasında sənayedə enerji keçidi üçün mühüm əhəmiyyət daşıyan müxtəlif şirkətlər var

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycanda keçiriləcək COP29-un Yaşıl Zonası üçün ilk rəsmi tərəfdaşlar açıqlanıb. Onların arasında Enerji keçidi üzrə Tərəfdaş “SOCAR Green”, Strateji təsir üzrə Tərəfdaş “PASHA Holding” və Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.

Bildirilib ki, yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını təkmilləşdirmək üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir.

Yaradılan bu imkandan istifadə etməklə COP29 Yaşıl Zonasının Tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolu nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 Tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilk Yaşıl Zona tərəfdaşlarının elan edilməsi ilə bağlı qeyd edib: “Mən “SOCAR Green”, “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində Yaşıl Zonanın ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcək naminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq. Yaşıl Zona tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik”.

COP29-a tərəfdaşlığını bəyan edən “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev bildirib: “SOCAR Green” şirkəti olaraq, bizim COP29 ilə tərəfdaşlığımız Azərbaycanın dayanıqlı gələcəyə keçid prosesinə rəhbərlik etmək əzmimizin bariz göstəricisidir. Birlikdə biz icmaları innovativ təmiz enerji həlləri ilə gücləndirir, karbon emissiyalarını minimuma endirir və ekoloji məsuliyyəti təşviq edirik. Bu əməkdaşlıq gələcək nəsillərə sağlam planeti miras qoymaq üçün üzərimizə götürdüyümüz missiya çərçivəsində atılan mühüm addımdır”.

“PASHA Holding” şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev qeyd edib: “COP29 tədbiri “PASHA Holding” şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq. Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq. Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq”.

“Azersun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl bildirib: “COP29 tədbirinin tərəfdaşı olmaq “Azersun” şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir. İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik”.

Azərbaycanda təşkil olunan COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq üçün imkanlar hələ də mövcuddur.

Yaşıl Zona haqqında əlavə məlumat: COP29 Green Zone | 11 - 22 November 2024

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

“Şimal” Azərbaycan Kubokuna qələbə ilə başlayıb

Azərbaycan millisinin futbolçusu: Estoniya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik

Malayziyada Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib

“Paşinyanı “demokrat”, separatçıları isə “hərbi əsir” kimi qələmə vermək riyakarlığın pik həddidir” – Deputat

“Sağlam həyat” səyyar layihəsi Gəncədə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşmsi üçün bir platforma rolunu oynayıb

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb

İğdırda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İtaliyada hoteldə yanğın: 273 nəfər təxliyə edilib, 45-i tüstüdən zəhərlənib

Bakının bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib

İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik

“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium başa çatıb

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür

FHN: Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub VİDEO

ICESCO-nun nümayəndəsi: Qarabağda törədilən vandalizmlə bağlı müvafiq sənədlər qəbul edilib

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların hər biri beynəlxalq hüquqa və ədalətə əsaslanır- ŞƏRH

Ukraynalı ekspert: Rusiya ordusunun hücum riski hələ də qalır

Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib

Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

Malayziya Kuala Lumpurun qədim hissəsini qorumaq üçün Bakının təcrübəsini öyrənir

Azərbaycan karateçisi dünya çempionatı bürünc medal qazanıb

Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür

Burkina-Faso transmilli korporasiyaların lisenziyalarını ləğv edir

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

İnsanlar niyə hər zaman səhv olmadıqlarını düşünürlər? – YENİ ARAŞDIRMA

Litvada parlament seçkiləri keçiriləcək

Braziliyada qasırğa 7 nəfərin həyatına son qoyub

Tədqiqatlar digər xərçəng xəstələrinin sağalmaq şanslarını artıra bilərmi? - ARAŞDIRMA

Tənhalıq demensiya riskini artırır - ARAŞDIRMA

Xristofor Kolumbun məzarı ilə bağlı məsələyə aydınlıq gətirilib

Professor: Revmatik xəstəliklərin müalicəsini gecikdirmək ömrü qısaldır

“QGallery”də “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq

Hamburqda orta məktəbin ərazisində İkinci Dünya müharibəsinə aid partlamamış bomba tapılıb

Millətlər Liqası: Portuqaliya və Xorvatiya qalib gəlib

Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçirilib VİDEO

Şotlandiyanın sabiq birinci naziri vəfat edib

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub

Almaniya miqrasiya siyasətini sərtləşdirir

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” keçirilib

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb