İDMAN


AZƏRBAYCANIN YIĞMA KOMANDASI OLİMPİADADA İLK MEDALINI QAZANMIŞDIR

AZƏRTAC xəbər verir ki, avqustun 18-də İradə Aşumova Azərbaycanın olimpiya yığma komandasına ilk medal qazandırmışdır. Azərbaycan idmançısı kiçik çaplı tapançadan 25 metr məsafəyə atıcılıq yarışlarının finalında 687,3 bal toplayaraq üçüncü yeri tutmuşdur. İradə Aşumova son anadək rəqiblərindən irəlidə idi, lakin bircə dəfə hədəfi düzgün nişan almaması bolqarıstanlı Mariya Qrozdeva və Çexiya idmançısı Lenka Likoyevaya onu ötüb keçməyə imkan vermişdir.

İradə Aşumova 1958-ci il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiadalarında iştirak etmişdir. Dünya çempionatlarının bürünc (1985) və gümüş (1996, 2000-ci illər) mükafatçısı, 1984-cü və 1985-ci illərdə Avropa çempionu olmuşdur.

İdmançımız Afina Olimpiadasına lisenziyanı 2002-ci ildə Finlandiyada dünya çempionatında qazanmışdır. Məşqçisi Vladimir Lunyovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.