RƏSMİ XRONİKA


AZƏRBAYCAN BOKSÇULARININ HAMISI OLİMPİADADA MÜBARİZƏNİ DAVAM ETDİRİR

Ən yüngül, 48 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Ceyhun Abiyev Afina Olimpiadasında ilk görüşündə qalib gəlmişdir. O, avqustun 18-də macar Pal Bedakla görüşərək, onu böyük üstünlüklə məğlub etmişdir-23:8. Azərbaycan boksçusu 4 raundun hamısında açıq–aşkar üstünlüyə malik olmuşdur.

Sonuncu boksçumuz - Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov (91kq) elə həmin gün 1/8 finalda Yunanıstan nümayəndəsi Spiridon Kladouçasa 18:14 hesabı ilə qalib gəlmişdir.

Beləliklə, Azərbaycanın doqquz boksçusunun hamısı medallar uğrunda mübarizəni davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin