İDMAN


İLK BÜRÜNC MEDALIN QAZANILMASI AZƏRBAYCAN İDMANININ QƏLƏBƏSİDİR

AZƏRTAC-ın xəbər verdiyi kimi, Afinada keçirilən XXVIII Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarından ilk medalı 25 metr məsafəyə tapançadan atəş açmaqda İradə Aşumova qazanmışdır.

Respublika Atıcılıq Federasiyasının prezidenti general-leytenant Vaqif Axundov Afinada jurnalistlərə müsahibəsində demişdir ki, biz daha yüksək nəticə gözləyirdik, İradə birinci yeri də tuta bilərdi. Amma üçüncü yeri tutdu və bürünc medal aldı. Hesab edirəm, bu, bütün Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə bütün Azərbaycan idmançılarını və xalqımızı təbrik edirəm. Zemfira Meftahəddinova Sidneydə stend atıcılığı üzrə Olimpiya çempionu olub, qızıl medala layiq görülmüşdür. Güman edirəm, o, Afina yarışlarında da yaxşı nəticə göstərəcək və medal qazanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.