FUAD ASLANOV AFİNADA MEDALLAR UĞRUNDA MÜBARİZƏNİ DAVAM ETDİRİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Afina Olimpiadasında boksçuların 1/8 final görüşləri davam etmişdir. Azərbaycan komandasının üzvü, 51 kiloqram çəki dərəcəsində çıxış edən Fuad Aslanov Gürcüstan idmançısı Nikoloz İzoriya ilə qarşılaşmışdır.
Döyüş gərgin mübarizə şəraitində keçmiş, ilk raundda idmançıların heç biri üstünlük qazana bilməmişdir – 5:5. Lakin Fuad Aslanov tədricən təşəbbüsü ələ alaraq, sonrakı iki hissədə 7:6 və 9:4 hesabı ilə üstünlük qazanmışdır. Həlledici dördüncü raund da bərabər səviyyədə keçdi və rəqiblər hərəyə 6 xal topladılar. Beləliklə, ümumi hesab 27:21 Azərbaycan boksçusunun xeyrinə oldu.
1/4 finalda Fuad Aslanov Polşa boksçusu Andjey Rjani ilə görüşəcəkdir.
X X X
Həmin gün 100 metr məsafəyə qaçışda təsnifat mərhələsini keçə bilməyən yüngül atletimiz Teymur Qasımov Olimpiadada mübarizəni dayandırmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var