İDMAN


BOKSÇU FUAD ASLANOV OLİMPİADADAKI ÇIXIŞINI BÜRÜNC MEDALLA BAŞA ÇATDIRDI

Avqustun 27-də boks üzrə Olimpiya turnirinin yarımfinalında 51 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Fuad Aslanov bürünc medal qazandı. Bu döyüşdə o, fransalı Tomas Ceremiyə minimal hesabla (23:18) məğlub oldu.

Elə həmin gün məşhur idmançımız, Sidney Olimpiadasının çempionu, sərbəst güləşçi Namiq Abdullayev (55 kq) ilk görüşündə qələbə qazana bilmədi. Üç idmançının daxil olduğu qrupda yarışan idmançımız sonrakı görüşün nəticəsindən asılı olmayaraq, mübarizəni dayandırdı. Çünki onun məğlub olduğu Yaponiya güləşçisi qrupdakı digər rəqibinə qalib gələrək növbəti mərhələyə çıxmışdır.

Taekvondo yarışlarında ölkəmizi təmsil edən Niyaməddin Paşayev (68 kq) ilk döyüşdə Cənubi Koreya idmançısına məğlub olmuşdur, lakin rəqibi finala çıxarsa, idmançımızın bürünc medal uğrunda mübarizə aparmaq şansı qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.