Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

31 Mart soyqırımı çirkin siyasətin davamı, qəddarlığın bariz nümunəsidir

31 Mart soyqırımı çirkin siyasətin davamı, qəddarlığın bariz nümunəsidir

Bakı, 31 mart, AZƏRTAC

“Böyük Ermənistan” xülyası ilə yaşayan, uydurduqları bu mifə inanaraq onun gerçəkləşməsi üçün hər cür vasitəyə əl atmaqdan çəkinməyən erməni şovinistləri öz havadarlarının da böyük qayğı və dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi çirkin siyasət həyata keçiriblər. 31 Mart soyqırımı məhz bu çirkin siyasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın bariz nümunəsidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Mart soyqırımı təkcə paytaxt Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və digər bu kimi bölgələrimizdə də törədilib. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov deyib. Onun sözlərinə görə, tarixi faktlara əsasən, 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqı xüsusi qəddarlığı ilə seçilən kütləvi qırğınlara məruz qaldı.

Silahlı quldur dəstələri öncədən planlaşdırılmış şəkildə ilk addım olaraq, azərbaycanlılara məxsus mülklərə, mağazalara hücumlar təşkil edir, soyğunçuluqla məşğul olur, əhalinin heysiyyatına toxunacaq, onlarda haqlı narazılıq və qəzəb doğuracaq bir sıra çirkin əməllər törədirdilər. Əsas məqsəd isə talançılıq və soyğunçuluq edən quldur dəstələrinin cəzasızlığını görən yerli əhalini etirazlara, özünümüdafiəyə məcbur etmək və beləliklə, yaxın gələcəkdə baş verəcək qətliamlara “Vətəndaş müharibəsi” siyasi donu geyindirmək idi. Beləliklə, istəklərinə nail olacaqları təqdirdə, Azərbaycanda sovet hakimiyyətinin qurulması bəhanəsi ilə əldə edəcəkləri böyük dəstək sayəsində, ilk növbədə, Bakıda, sonrakı mərhələdə isə regionlarda yerli əhaliyə qarşı kütləvi qırğınlar törətməklə qərbdən Aralıq dənizi, şərqdə isə Xəzər dənizinə qədər uzanan “böyük Ermənistan” dövlətini qurmaq idi. Belə ki, hələ kütləvi qətliamlardan öncə Stepan Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən “Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir” demişdi.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları qətliamdan öncə yaratdıqları daşnak-bolşevik hərbi-siyasi orqanı olan İnqilabi Müdafiə Komitəsinin qərargahına yığılaraq təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirdilər. Beləliklə, plana uyğun olaraq, yüksək hazırlıqlı silahlı erməni yaraqlıları məhəllələrə qəfil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər. Hər cür insanlıqdan kənar vəhşiliyə əl atan erməni daşnak-rus bolşevik cəlladları müsəlman qadınlara qarşı da xüsusi amansızlıqla davranırdılar. Belə ki, qətliamdan sonra araşdırmalar nəticəsində şəhərin təkcə bir yerində torpağın altından qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadınlar isə diri-diri divara mıxlanmışdılar.

Rəsmi mənbələrə əsasən, 1918-ci ilin martın 30-dan aprelin 3-dək davam edən qırğınlar zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdi. Dənizdən və qurudan atılan top atəşləri nəticəsində xalqımızın milli-mədəni irsinə məxsus tarixi abidələr, dini inanc yerləri dağıdılmış və ya ciddi ziyan görmüşdü. İctimai və şəxsi binalar talan edilmiş, od vurularaq yandırılmışdı.

Erməni vandallığının qurbanına çevrilmiş obyektlərə Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailliyyə” binasını, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiya binalarını, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarını, Şah, Keyqubad və Təzəpir məscidlərini misal göstərmək olar.

Dinc əhalinin qırğınına rəhbərlik edən Stepan Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi: "Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular.”

Daha sonra o, yazırdı: “Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilabi komitənin səylərini birləşdirərək, 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görüblər”.

O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, hadisə şahidlərinin ifadələrinə görə, üç gün davam edən kütləvi qırğın nəticəsində təkcə Bakı şəhərində təxmini hesablamalara görə erməni silahlıları tərəfindən 15-20 min dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi statistik göstəricilərə əsasən, Birinci Dünya müharibəsindən (1914–1918) əvvəl təqribi hesablamalara görə, Bakı şəhəri əhalisinin ümumi sayının 200 000 nəfər olduğunu nəzərə alsaq, Mart soyqırımı zamanı şəhər əhalisinin təqribən onda birinin qətlə yetirildiyini qeyd edə bilərik.

Bakı qırğınından sonra erməni quldurları bu çirkin əməllərini bölgələrdə də həyata keçirməyə başladılar. Bu barədə görkəmli ictimai-siyasi xadim, o zamanlar Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı vəzifəsində çalışan Nəriman Nərimanov yazırdı: "Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Bu suala 1918-ci ildə Bakıdakı sovet hakimiyyəti cavab verməlidir”.

Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı cinayəti törədən 2 000 nəfərdən ibarət yaхşı silahlandırılmış erməni quldur ordusu Şamaхıda sovet hakimiyyəti qurmaq adı altında 58 kənddə 1 653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7 000-dən çox dinc sakini qətlə yetirib, Şamaxı şəhərini isə yandıraraq yerlə-yeksan etmişdi.

1918-ci il may ayının 1-də isə Qubada sovet hakimiyyətinin qurulması adı altında daşnak Hamazaspın komandanlığı ilə 3 000 nəfərlik erməni quldur ordusu üç istiqamətdən şəhərə hücuma keçmişdi. Toplardan, pulemyotlardan və tüfənglərdən atəş açaraq Quba əhalisini, o cümlədən burada əsrlərdir yanaşı, mehriban yaşayan etnik qrupların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişdilər.

Daşnak Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət edib: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”. Beləliklə, həmin dövrdə erməni daşnak-rus bolşevik quldurları tərəfindən Quba qəzasında 167 kənd talan edilərək yandırılıb, 16 000 nəfərə yaxın sakin isə xüsusi qəddarlıqla, kütləvi şəkildə qətlə yetirilib. Həmçinin erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilərək yer üzündən silinib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərədək qətlə yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasında bir neçə kəndi, Zəngəzur qəzasında isə 115 kəndi yandıraraq 3257 kişi, 2276 qadın və 2196 uşaq olmaqla əliyalın, günahsız dinc əhalini qətlə yetirmişdilər. Ümumilikdə isə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya ömürlük şikəst edilib, 50 mindən çox azərbaycanlı isə öz ata-baba yurd-yuvalarından didərgin salınmışdı.

“Erməni daşnak-rus bolşevik silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, Qarabağın dağlıq hissəsində yerləşən 150 kəndi yağmalayaraq dağıtmış, əliyalın, dinc sakinlərini isə qətlə yetirmişdilər.

Mart soyqırımından bir il sonra tarixi hadisələri gizlətməkdə və ya saxtalaşdırmaqda hər zaman “mahir” olan ermənilər baş vermiş bu qanlı hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi dünyaya təqdim etməyə çalışırdılar. Belə ki, 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını həyasızcasına inkar edir, həmin hadisələr zamanı guya öldürülən cəmi 1 000 nəfərdən 300-nün erməni və rus, 700-nün isə müsəlman olduğunu iddia edirdi.

Tarixi təhrif etmək mümkündür, lakin tarixi həqiqətləri, yaşanmış gerçəklikləri gizlətmək, onları silmək əsla. Belə ki, hələ 1918-ci ildən öncə 1905–1906-cı illərdə Naxçıvan, Qarabağ, Şirvan, Borçalı, İrəvan və digər ərazilərdə də xalqımıza qarşı qanlı qırğınlar, deportasiyalar törədilmişdi. Belə ki, həmin vaxtlar təkcə İrəvan quberniyasının 199 kəndində yaşayan 135 000 azərbaycanlı qətlə yetirilib, evləri yağmalanaraq yandırılmışdı. Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımları qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.

Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdi. Belə ki, 1947–1953-cü illərdə yüzminlərlə soydaşımız öz tarixi yurd-yuvalarından – Qərbi Azərbaycandan zorla didərgin salınıb. Tarixi torparlarımızdan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilib.

Tarixin sonrakı mərhələlərində isə xalqımızın qan yaddaşını silmək, acı keçmişini unutdurmaq və fürsət yarandığı təqdirdə öz çirkin planlarını yenidən gerçəkləşdirmək niyyətilə “Böyük Sovet ailəsi”, “Mehriban qardaş xalqlar” kimi siyasi oyunlar oynanıldı, məkrli planlar cızıldı.

Nəhayət, 1988-ci ildən başlayaraq yeni ərazi iddiaları ilə Qarabağda vaxtilə köçürülmüş ermənilər tərəfindən separatizm meyilləri yenidən alovlanmağa başladı. Yırtıcı düşmənin illərdir geyinmiş olduğu “mehriban qonşuluq, qardaşlıq” maskası yırtıldı. Ölkədə tüğyan edən siyasi gərginlik və hərc-mərclikdən məharətlə yararlanan məkrli düşmən torpaqlarımızı bir-birinin ardınca işğal etməyə başladı.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən istiqlaliyyəti uğrunda çarpışan, mübarizəyə qalxan əliyalın, dinc əhaliyə qarşı bəşəri cinayət törədildi. Amansızcasına törədilən bu qətliam xalqımızın qan yaddaşını da yenilədi. İllərdir qaysaq bağlamış, sağalmaz yaralar bir daha sızlamağa başladı. Tarix sanki yenidən təkrarlandı, Mart soyqırımı yenidən təzələndi. Belə ki, hadisələr təkcə paytaxt Bakı ilə yekunlaşmırdı. Qırğınlar Sumqayıt, Neftçala, Lənkəran və digər bölgələrdə də həyata keçirilirdi. Tarixə Qanlı Yanvar kimi düşən həmin hadisələr zamanı Bakıda və bölgələrdə ümumilikdə 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbiçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, dövlət əmlakları və şəxsi əmlaklar məhv edilib. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polis) də olub.

1992-ci il fevralın 25-dən 26-na gecə isə Xocalı şəhərinin sakinlərinə qarşı tarixdə misli görünməmiş kütləvi qırğın – Xocalı soyqırımı törədildi. Yüzlərlə günahsız soydaşımız qanına qəltan edildi, meyitləri qanasusamış erməni cəlladları tərəfindən müxtəlif təhqirlərə məruz qaldı. Kütləvi qırğın zamanı aralarında 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl, qoca olmaqla, ümumilikdə 613 nəfər vətəndaşımız qətlə yetirildi, 487 nəfər isə aldığı güllə yaralarından əlil oldu. Faciə zamanı Xocalının 1275 dinc sakini girov götürüldü ki, onlardan 197 nəfərinin sonrakı taleyi bu günədək hələ də məlum deyil.

Xalqımızın başına gətirilmiş bu kimi cinayətlər, məkrli oyunlar bəlkə də unutqanlığımızdan, keçmişimizi düzgün şəkildə araşdırıb təbliğ edə bilməməyimizdən irəli gəlirdi. Belə ki, hələ 1919-cu ildə Mart Soyqırımının ildönümü ilə əlaqədar böyük Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli özünün “31 mart” adlı məqaləsində yazırdı: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

“Mart soyqırımına ən layiqli qiymət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Belə ki, Ulu Öndər tərəfindən imzalanan 1998-ci il 26 mart tarixli Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanılıb. Beləliklə, o gündən başlayaraq xalqımızın erməni cəlladları tərəfindən soyqırımına məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı. Bu isə özünü dünyaya daim məzlum xalq kimi təqdim edən, tarixi faktları özünəməxsus şəkildə təhrif edərək saxtalaşdıran, dünya ictimaiyyətini çaşdıran, yanlış istiqamətə yönəldən ermənilər üçün əsl şok effekti yaratmışdı.

Beləliklə, bu gün biz azərbaycanlılar böyük inam və əminliklə söyləyə bilərik ki, öz haqlı mövqeyini qoruyan, müdafiə edən, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstün, əzici mövqeyə malik müstəqil və azad ölkənin vətəndaşlarıyıq.

Bu dövlət layiqli davamçı, müdrik rəhbər, öz xalqına, vətəninə, adət və ənənələrinə, milli kimliyinə canı və qanı ilə bağlı olan, onu daim sevən, yaşadan İlham Əliyev tərəfindən gündən-günə inkişaf edir, möhkəmlənir və öz hərbi qüdrətini artırır. Bu isə gələcəkdə 31 Mart soyqırımı kimi qanlı faciələrin bir daha təkrarlanmayacağının ən etibarlı təminatıdır.

Bu gün xalqımız işğal edilmiş bütün tarixi torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə geri qaytarılacağına, öz hərbi-siyasi tarixinə yeni və parlaq zəfərlərlə imza atacağına əminliklə inanır”, - deyə Coşqun Məmmədov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb