31 dekabr Murmanskda yaşayan azərbaycanlılar üçün təkcə Yeni il bayramı deyil
AzerTAg.az
Bakı, 29 dekabr (AZƏRTAC). Murmansk vilayəti hökumətinin rəsmi saytında bu adda məqalə dərc edilmişdir.
Məqalədə göstərilir ki, dekabrın 31-də Azərbaycanda təkcə Yeni il bayramı deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər.
Statistik məlumatlara görə Azərbaycan Respublikasında təqribən 8,5 milyon azərbaycanlı, respublikanın hüdudlarından kənarda – Rusiya, İran, Türkiyə, ABŞ, Ukrayna, Fransa, Almaniya və digər ölkələrdə isə on milyonlarla soydaşımız yaşayır.
Azərbaycanlıların beynəlxalq həmrəyliyinin bayram edilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sonradan bu tarix bütün Azərbaycan xalqı üçün milli bayram gününə çevrilmişdir.
Həmrəylik günü münasibətilə dünyanın müxtəlif ölkələrində bayram tədbirləri keçirilir. Murmansk vilayəti hökumətinin rəsmi portalı yazır: “Bu bayram doğma Vətənə sevgi, öz xalqına sədaqət, onun tarixinə və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, mənəvi-əxlaqi dəyərlərin gələcək nəsillərə xidmət edir”.
Xəbərin mətnində orfoqrafik səhv var