Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.

Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə açıqlamasında burada olmaqdan çox şad olduğunu bildirərək deyib: “İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox həyəcanlandırır. Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi. Həmçinin çox şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı tərənnüm etdirir”.

Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.

Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. O, Mərkəzdə Lorenso Kuinnin 15 əsərinin nümayiş olunduğunu deyib, sərginin gələn il mayın 11-dək davam edəcəyini vurğulayıb.

“365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur. Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.

Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib.

Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.

“Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə Lorenso Kuinn diqqətə çatdırıb.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında və foyesində təqdim olunan sərgidə möhtəşəm heykəltaraşlıq nümunələrinə baxış keçiriblər.

İlk olaraq “Sevgi birliyi” əsərinə baxış olub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.

Bakı sərgisində ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya” (“Balanced World”), “Təbiətin gücü” (“Force of Nature”), “Tanrının əli” (“Hand of God”), “Bəxş et və al” (“Give and Take”) və “Birlikdə” (“Together”) əsərləri ilə Mərkəzin parkı ərazisində, “Eros”, “Paralel dünya” (“Pharalel Universe”), “Özünü sev” (“Love Yourself”) və müəllifin digər əsərləri ilə isə Mərkəzin foyesində tanış ola biləcəklər.

Heykəltaraşın “Özünü sev” (“Love Yourself”) əsəri özünə sevgi vasitəsilə məhəbbəti əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq saçmağa çağırır.

“Perspektivdə” (“İn Perspective”) adlı heykəltaraşlıq nümunəsi isə dünyamızın nə qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə çağırır.

Eksponatlar arasındakı “Tanrının əli” (“Hand of God”) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan insan yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovcundadır. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.

Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (“Together”) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə bu əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər təsvir olunub. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

Müəllifin Bakıda sərgilənən digər əsəri isə “Təbiətin gücü”dür (“Force of Nature”). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır. Ümumiyyətlə, rəssamın yaradıcılığında “Təbiətin gücü” heykəllər silsiləsi mühüm yer tutur. Bu seriyadan bir çox kompozisiya dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək böyük şəhərlərin görməli yerlərini bəzəyib.

“Balanslaşdırılmış dünya” (“A Balanced World”) əsəri də müəllifin həssas ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.

Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən “Bəxş et və al” (“Give and Take”) əsərini də izləmək mümkündür. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir. Bu əsər su üzərində ilk dəfədir ki, Azərbaycanda nümayiş etdirilir.

“Oskar” mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi mesajları çatdırır. Onun əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Demokratlar Birliyi Azərbaycanla Türkiyə arasındakı əlaqələri dəstəkləmək üçün layihələr və araşdırmalar həyata keçirəcək

İçməli suda sağlamlıq üçün təhlükə yarada bilən yeni birləşmə aşkarlanıb - TƏDQİQAT

“Kings” Kollecdə COP29-un nəticələrinə həsr olunmuş konfrans keçirilib

Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışı aparıb

Çində vağzalın döşəməsi çöküb, 13 fəhlə dağıntı altında qalıb

Afrika ölkəsi ilk dəfə 2036-cı il Olimpiadasına ev sahibliyi edə bilər

Rusiya rəqəmsal rubldan istifadə etməyə başlayacaq

Papa Fransiskə yeni elektrik avtomobili hədiyyə edilib

Türkiyənin daxili işlər naziri: Təhlükəsizlik təmin olunarsa, qaçqınlar Hələbə qayıdacaqlar

Malta ATƏT-in Nazirlər Şurasına ev sahibliyi edir

Premyer Liqa: “Arsenal” “Mançester Yunayted”i məğlub edib

Aleksandar Vuçiç: Serbiya inkişaf baxımından Qərbi Balkan regionunda birinci yerdədir

Premyer Liqa: “Mançester Siti” və “Çelsi” qalib gəlib, lider “Liverpul” xal itirib

Qobustanda zəlzələ olub

Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Barnye hökumətinin süqutu: Emmanuel Makrona istefa çağırışı

Fransanın Baş naziri istefaya göndərilib

İtaliya və Macarıstan Baş nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyini vurğulayıblar

Ağstafada yanğın baş verib, xəsarət alan var

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir

“Qarabağ”ın sabiq futbolçusu dünyasını dəyişib

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub

IV Şəki Beynəlxalq Teatr Festivalında “Eşq vadisi” nümayiş olunub

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq

“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi yekunlaşıb

Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq

Kişi voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb

Sabah Culfanın bir sıra kəndlərində qazın verilişində fasilələr yaranacaq

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik VİDEO

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

Papa Fransisk Viktor Orbanla görüşüb

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar

Monteneqro qrupu “Eurovision 2025”də iştirakdan imtina edib

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

Liviya 2011-ci ildən bəri ilk dəfə neft-qaz kəşfiyyatı ilə bağlı tender elan etməyi planlaşdırır

Gürcüstanda müxalifət partiyasının ofisində böyük miqdarda pirotexnika aşkar edilib

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

“AzerGold”un KSM Komitəsinin sədri Naxçıvanda sakinlərlə görüşüb

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib

Fransada yenidən kütləvi etiraz aksiyaları keçiriləcək

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib VİDEO

Azərbaycan və Türkiyə rəqəmsal bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu

Metronun “28 May” stansiyasında qatarın hərəkəti dayandırılıb

® “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda

“Bakı” Müəllif Mahnıları Klubu 50 illik yubileyini qeyd edəcək

Gündəlik həyatda təsadüflərin sirli izi…

Dünyanın ən yaxşı parataekvondoçusu: Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmağa davam edəcəyəm

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub

Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə - seminar

Karlos Sançes: Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsi vacibdir

“Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya keçirilib

Azərbaycanın Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemini istifadəyə verib

Azərbaycan Kuboku: “Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə yüksəlib

Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına yekun vurulub

Fransa Nigerdə uran mədəninə nəzarəti itirib

Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiq edib

İrəvan xanının nəslinin nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar

Azərbaycan ilə Mavritaniya arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

ASAN könüllülərinin sayı 40 mini ötüb

Azərbaycanın iki ağırlıqqaldıranı dünya çempionatında iştirak edəcək

Əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

BMU-da tədris prosesinin daha effektiv təşkili məsələləri müzakirə edilib

Azərbaycanla Yəmən arasında mədəniyyət sahəsində əlaqələrin qurulması məsələsi müzakirə olunub

Mariya Zaxarova: İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur

İKTA sədri: Yeni elektron kommunikasiya qanunu mobil virtual operatorların fəaliyyətə başlamasına imkan verəcək

Deputat: Dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın yürütdüyü siyasətin mahiyyətini aydın görməlidir

Ötən il Almaniyada ifrat sağçılıq fəaliyyətlərinə görə 62 hərbçi xaric edilib

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşların müraciətlərini dinləyəcək

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 8 məsələ müzakirə edilib

BDU tələbəsi XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında III yerə layiq görülüb

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edilib

Naxçıvanda FHN tərəfindən komanda-qərargah təlimi keçirilib

Yağış yağacaq, bəzi ərazilərdə leysan olacaq - XƏBƏRDARLIQ

Böyük Britaniya XİN: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır

Türkiyə “3+3” platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələsini koordinasiya edir

Mayk Tayson ilə tanınmış yutuber arasında revanş döyüşü keçirilə bilər

21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri təqdim olunub

AHİK sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib

Orxan Məmmədov: Bu günədək 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb

Gəncədə ADSEA-nın xüsusi texnikalarına baxış keçirilib

Daxili işlər naziri Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşəcək

İntensiv kivi bağlarının salınmasına görə hər hektara 9600 manat əkin subsidiyası veriləcək

KOBİA sədri: “E-KOB evi portalı”nın qurulması yekunlaşmaq üzrədir

Şuşada daha 48 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB

HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır VİDEO

Cənubi Koreya hökuməti böhranla üz-üzə: kabinet üzvləri istefa verir

BMqT eksperti: “İqlim miqrasiyası” məsələsi COP29-da iqlim dəyişikliyinə uyğunlaşma kontekstində müzakirə olunub

Yeddi yaşında deportasiya olunan Qərbi azərbaycanlı: Uşaqlıq xatirələrim Zod kəndində qaldı

Türkiyə və Yunanıstanın XİN başçıları Brüsseldə görüşüblər

AZSTANDART nümayəndələri 10-cu Dünya Halal Sammitində iştirak ediblər

Azərbaycan Universitetində TEC üzvləri üçün elmi məqalələrin hazırlanmasına dair seminar keçirilib