REGİONLAR


AĞDAŞ PAMBIQÇILARI ÖTƏN İLİN EYNİ DÖVRÜ İLƏ MÜQAYİSƏDƏ 725 TON ÇOX MƏHSUL YIĞMIŞLAR

Ağdaşda pambıq yığımı davam edir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri plantasiyalardan indiyədək 2 min 200 ton məhsul toplamışlar ki, bu da bütövlükdə ötən ilin eyni dövrü ilə müqayisədə 725 ton çoxdur.

Ümumiyyətlə, son illər rayonda təsərrüfatın ənənəvi sahələrindən olan pambıqçılığa diqqət xeyli artmişdır. Belə ki, əkin sahələri ilbəil genişləndirilir, məhsul istehsalında intensiv artıma nail olunur. Təkcə bu il torpaq mülkiyyətçiləri 1810 hektarda bol məhsul yetişdirmişlər ki, bu da ötən ildəkindən 790 hektar çoxdur. Əksər sahələrdə, xüsusilə, pambığın daha çox əkildiyi Ağzıbir, Eymur, Tofiqi, Kotanarx və Xınaxlıda yığılmamış xeyli məhsul vardır. Hava şəraitinin verdiyi imkanlardan maksimum səmərəli istifadə etməyə çalışan pambıqçılar ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək itkisiz toplamaq üçün bütün qüvvələri səfərbərliyə almışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.