Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən bəzi deputatlar gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Sonra iclasın gündəliyinə daxil edilmiş 15 məsələnin müzakirəsinə başlanılıb.

Bildirilib ki, ilk 3 məsələ beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələridir və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən, onlar bir oxunuşda baxılıb qəbul ediləcək.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci il 14 sentyabr tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş sənəd 1994-cü il sentyabrın 20-də imzalanmış və Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində gerçəkləşən “Əsrin müqaviləsi” ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir.

Diqqətə çatdırılıb ki, qaz sazişi olaraq bu layihə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsinin mahiyyətindən danışıb.

Səməd Seyidov daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri ətrafında çıxışlardan sonra sənədlər səsə qoyularaq qəbul edilib.

Növbəti 9 məsələ üçüncü oxunuşda qanun layihələri olub.

S.Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. O, adıçəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklərlə bağlı heç bir əlavə təklifin olmadığını deyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin hər iki məsələ barədə müsbət rəy verdiyini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə “Qrant haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışıb.

Daha sonra komitə sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov isə “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

O, bildirib ki, layihədə qeyd olunan tələblər uşaq müəssisələrində xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışıb. Diqqətə çatdırılıb ki, layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə hazırlanıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova növbəti iki məsələnin - Miqrasiya Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və ikinci oxunuşda müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Qanun layihələri haqqında müvafiq olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Kamal Cəfərov və Bəhruz Məhərrəmov məlumat veriblər.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu, sənədin birinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. O qeyd edib ki, layihə "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, dəyişikliyin olunmasına zərurət qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan və istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürmələrin edilməsi üçün hüquqi əsasın yaradılmasından ibarətdir.

Məsələ ilə bağlı müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş olub

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb YENİLƏNİB 2

Azərbaycanı Avropa çempionatında 4 şahmatçı təmsil edəcək

Nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

Ramin Məmmədov: Bəzi dairələrin və qüvvələrin dindən siyasi məqsədləri üçün istifadə cəhdlərinə qarşı birlikdə mübarizə aparmalıyıq

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan və Türkiyə Əmanətlərin Sığortalanması Fondları məlumat mübadiləsini müzakirə edib

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

SOCAR Yaponiya şirkəti ilə emissiyaların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlıq edəcək

İndoneziyalı parlamentari: Dünya ictimaiyyəti Qərbi azərbaycanlılarla bağlı ədalətsizliyə göz yummamalıdır

Pakistanda 5,1 bal gücündə zəlzələ baş verib

Londonda COP29-un nəticələri və Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

Ceyranbatanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

BMT: Artıq 50 gündür ki, Qəzza sektoruna ərzaq çatdırmaq mümkün olmur

Qədir Xəlilov: Könüllülük gənclərimizin ictimai fəallığının və dayanıqlı inkişafının açarıdır

Gürcü professor: Keçmiş məcburi köçkünlər daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub

Beynəlxalq ictimaiyyət zorla yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə həssas yanaşmalıdır

Azərbaycan və Rusiya ali məktəblərində təhsilin keyfiyyət təminatına dair layihənin yekun konfransı keçirilib

Azərbaycanda yeni sınaq laboratoriyalarının yaradılması müzakirə olunub

“Azərişıq” Lənkəranda sahibkarlarla görüş keçirib

Oğuzda “Hyundai” ağaca çırpılıb, 3 nəfər yaralanıb

Bugünkü hərracda tələb 58,7 milyon dollar təşkil edib

Deputat: Qərbi azərbaycanlıların tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir

Aynur Sofiyeva: Uşaqların öz hüquqları bağlı təkliflər verməsi çox vacib məsələdir

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Cəlilabadda yol qəzası olub, ölən və xəsarət alan var

Azərbaycanın U-19 yığmasının seçmə mərhələdəki rəqibləri müəyyənləşib

İsveç iqtisadiyyatının artımının sürətləndirilməsi proqnozlaşdırılır

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

UNICEF-in nümayəndəsi: İqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir

“Könüllülük Həftəsi”: 20 mindən çox könüllü ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək

Gələn il Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülük Mərkəzinə sədrlik edəcək

Baronessa Patrisiya Skotland: COP29-da mühüm uğur əldə etdik VİDEO

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursuna start verilib

Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala gedən yol – Ucar məktəblisinin uğur hekayəsi FOTO

Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirilib

Nazir: Qız uşaqlarının təhsili daha güclü millət kimi formalaşmanın əsas amillərindən biridir

BDU ilə Rumıniya Universiteti arasında elmi layihələrin həyata keçirilməsi müzakirə olunub

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıb

Qərbi Azərbaycana qayıdış hüququnun beynəlxalq platformalarda müzakirəsi bizi hədəfimizə yaxınlaşdırır ŞƏRH

Nazir müavini: Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı ən böyük ehtiyaclardandır

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının heyəti Bəhreyndə bir sıra görüşlər keçirib

Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilir  - YENİLƏNİB

Bahar Muradova: Uşaqların təhsili və onların bütün proseslərdə fəal iştirakı sayəsində daha dayanıqlı mühit formalaşdıra bilərik

“ASAN xidmət”in könüllülərinin sayının 40 mini ötməsi gənclərin bu sahəyə artan marağını göstərir

Danimarkalı jurnalistlər Laçında olublar

Mahir Emreli: Anam “Nürnberq”də növbəti qolu vurmağımı gözləyirsə, mən bunu edəcəyəm

Bu il ərzində 100-dən artıq könüllü və gənc Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edib

AzMİU-da EBSCO bazasından istifadə yolları öyrədilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub YENİLƏNİB-2 VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 26 dekabr tarixli 241 nömrəli və “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bitkoinin qiyməti tarixi rekordu yeniləyib

Türkiyədə terrorçuluqda şübhəli bilinən 147 nəfər saxlanılıb

Nazirlik rəsmisi: Həftə ərzində bir sıra ekoloji aksiyaların keçirilməsi planlaşdırılır

Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı salınıb

Sədr: Gənclərin beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkəmizin sosial innovasiya sahəsində liderliyini möhkəmləndirir

Şuşada İslam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub

AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 135 ölkədə kompüterləri yoluxduran kiberqruplaşmanı ifşa edib

Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

Riffat İnam Butt: Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınması insan hüquqlarının pozulmasıdır

Azərbaycan uşaq ədəbiyyatının öyrənilməsinə dəyərli töhfə

BDU-nun Biologiya fakültəsinin tələbələri beynəlxalq olimpiadada I və II yerlə layiq görülüblər

Romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar

Gənclər Fondunun nümayəndəsi: Azərbaycanda könüllülük fəaliyyəti mərhəmət və sosial məsuliyyəti ehtiva edir

Azərbaycan Prezidenti: Uşaqlar cəmiyyətin sabahıdır

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına

DİM: Test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb

Dendrologiya İnstitutunda yeni növlər üzərində tədqiqat aparılıb

Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda yeni yerüstü piyada keçidi tikilib VİDEO

Çavuşoğlu: Ermənistan bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməlidir

Bu il ərzində dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb

Mövlud Çavuşoğlu: Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur VİDEO

“UNEC Könüllülük Həftəsi”nə start verilib

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

“Səbail” Azərbaycan Kubokunda yubiley qolunu vurub

Şamaxı regional “ASAN xidmət” mərkəzində ötən 5 ildə 642 minə yaxın müraciət qeydə alınıb

Azərbaycan Kubokunun 1/8 final mərhələsi mövsümün ilk penaltilər seriyası ilə əlamətdar olub

Əziz Ələkbərli: Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir

Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir VİDEO

Azərbaycan Prezidenti: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir

Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

Cənubi Koreya Prezidenti müdafiə nazirinin istefasını qəbul edib

Beynəlxalq Demokratlar Birliyi Azərbaycanla Türkiyə arasındakı əlaqələri dəstəkləmək üçün layihələr və araşdırmalar həyata keçirəcək

İçməli suda sağlamlıq üçün təhlükə yarada bilən yeni birləşmə aşkarlanıb - TƏDQİQAT

“Kings” Kollecdə COP29-un nəticələrinə həsr olunmuş konfrans keçirilib

Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışı aparıb