Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı əhaliyə tövsiyələr verib

Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı əhaliyə tövsiyələr verib

Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib. AZƏRTAC xəbər verir ki, açıqlamada hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamlarının yayıldığı bildirilib. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən həmin xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiya Federasiyasında müşahidə olunur.

“Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.

Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. İnfeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.

İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olanlarda (məsələn, bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər. Onu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Həmin xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır: “Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya Prezidenti: İsraillə HƏMAS arasında atəşkəsdə beynəlxalq ictimaiyyətin öhdəliyi daha vacibdir

20 Yanvar faciəsinin 35-ci ildönümü Londonda anılıb

Lənkəran şəhərində bazar ərazisində yanğın baş verib

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir

Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək

Bundesliqa: “Verder Bremen” doğma meydanda “Auqsburq”a uduzub

Premyer Liqa: “Mançester Siti”dən altı qollu qələbə

Naxçıvanda növbəti monitorinq imtahanlarında 9 mindən artıq şagird iştirak edib

Superliqa: “Fənərbağça” darmadağınla qələbə qazanıb

Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Misli Premyer Liqası: “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb

İspaniya La Liqası: “Real Madrid” liderliyə yüksəlib

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Qarsda Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyət yolları nəzərdən keçirilib

MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib

Salonikidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Premyer Liqa: “Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub olub

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləş-mobu reallaşıb VİDEO

Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib

Tarixi qonşuluğun, qardaşlığın nümunəsi - ŞƏRH

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib

Sumqayıtda “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib

Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub VİDEO

20 Yanvar faciəsi tarixə xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi həkk olunub - RƏY

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Gəncədəki Nevski adına Rus Pravoslav kilsəsində tədbir keçirilib

Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq miqyasda siyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək - RƏY

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Deputat: Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub

Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəliləyib

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

Şimal-qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir

Sumqayıtda evdə baş vermiş yanğın söndürülüb

Ümumxalq Hüzn Günü ilə əlaqədar marşrutların hərəkəti üçün alternativ yollar təşkil ediləcək

Ukrayna nəşri qanlı Yanvar faciəsindən yazıb

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstana verdiyi dəstəyin əvəzi yoxdur

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub

Azərbaycanda yanvarın 20-nə olan hava proqnozu açıqlanıb

Ordubadda tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Marneulidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır – ŞƏRH

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Həmas bir neçə saat ərzində girovların siyahısını təqdim edəcək

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq

Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

Avstriyada partiya sədri miqrasiyanı tam dayandırmağı tələb edir

Avropa İttifaqı Sub-Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb

Fransadan Çinə konyak ixracı 75 faiz azalıb

İtaliyada antik dövrə aid hamam aşkar edilib

Fransada kokain istifadəçilərinin sayı artır

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib VİDEO

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb