Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ADY: Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib - MÜSAHİBƏ

Bakı, 8 yanvar, AZƏRTAC

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişindaşıma sahəsində bir sıra yeniliklər həyata keçirilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər uzadılması, həmin il Azərbaycan dəmir yolları tarixində ilk dəfə Bakı-Qəbələ-Bakı reysinin açılması, 2024-cü ildə isə yeni qatarların istifadəyə verilməsi və Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi bu yeniliklər sırasındadır. Bu ilin əvvəlindən isə Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımaya start verildi. Bu reysin açılması cəmiyyətdə müsbət qarşılandı, eyni zamanda, bəzi məsələlər, o cümlədən gediş haqqı kimi mövzular aktuallaşdı.

Bakı-Balakən-Bakı marşrutu üzrə AZƏRTAC-ın bu və digər suallarını ADY-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov cavablandırıb.

- Azər müəllim, pandemiya səbəbindən son illərdə, xüsusilə son 5 ildə bir çox sahələrdə, o cümlədən nəqliyyat sektorunda dəyişikliklər baş verib, həmçinin xidmətlər bahalaşıb. Bu dəyişikliklər dəmir yolu sahəsinə necə təsir göstərib?

- Son illərdə dünya dəmir yolu sənayesində müxtəlif amillər səbəbindən əməliyyat xərcləri əhəmiyyətli dərəcədə bahalaşıb. Bahalaşmanın əsas səbəblərindən biri dəmir yolu infrastrukturunun istismarı, saxlanması və modernləşdirilməsi xərclərinin artması, enerjinin bahalaşması, eləcə də əməkhaqlarının artırılması zərurətidir. Ümumiyyətlə, son 5 ildə həm hava, həm də dəmir yollarında biletlərin dünya üzrə qiymətləri orta hesabla 110 faizə yaxın artıb. Dizelin qiymətində son 5 ildə 67 faiz (2019-cu ildə 0,6 manat, hazırda 1 manat), elektrik enerjisi (qeyri-əhali) tarifində isə 22 faiz (2019-cu ildə 0,09 manat, hazırda isə 0,11 manat) artım olub. “Azərbaycan Dəmir Yolları“ QSC-nin da son illərdə xərcləri müxtəlif istiqamətlərdə artıb. Artan xərcləri kompensasiya etmək üçün dəmir yollarında tariflərə yenidən baxılıb. Bundan əlavə, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qiymətlər yenidən formalaşdırılıb.

- Xərclərin artması yəqin ki, yeni açılmış Bakı–Balakən–Bakı marşrutu üzrə səyahət qiymətlərinə də təsir edib…

- Bəli, xərclərin artması səbəbindən ADY yanvarın 3-dən bərpa etdiyi Bakı–Balakən–Bakı marşrutu üzrə gediş haqqı tariflərinə də dəyişiklik edib. Tariflərə dəyişiklik edilərkən Bakı–Balakən–Bakı marşrutu üzrə istifadə olunan vaqonların əsaslı təmiri, təmir üçün ehtiyat hissələrinin xarici şirkətlərdən alınması, həmçinin yol infrastrukturunun, stansiya, dayanacaqların təmiri, qatarların, stansiyaların, dayanacaqların təmirdən sonra saxlanması xərcləri, həmçinin 2019-cu illə müqayisədə kommunal xərclərin, işçilərə ödənilən əməkhaqqının, vergilərin artması, vaqonlar üçün yataq dəstlərinin yenidən alınması, davamlı yuyulması xidməti və bu kimi digər xərclər nəzərə alınıb. 2024-cü ilin 6 ayında dəmir yolu infrastrukturu xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 202 faiz artıb. 2024-cü ildə bələdçilərin əməkhaqqı 2019-cu illə müqayisədə 82 faiz yüksəlib.

Bundan başqa, 2024-cü ildə dartı xərcləri 2019-cu illə müqayisədə 22 faiz, 2024-cü ildə yataq dəstlərinin yuyulması xərcləri isə 2019-cu illə müqayisədə 147 faiz artıb. Təkcə bu sadalananlar üzrə xərclərin artımı orta hesabla 113 faiz təşkil edir. Yəni Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımada 5 illik fasilə olduğu üçün yeni qiymətlər bəlkə də buna görə bəzi sərnişinlərə yüksək görünür, lakin fasilə olmasaydı belə, bu xətt üzrə tariflər indiki həddə çatacaqdı. Qiymət həm də ümumi xərclər, o cümlədən xidmətə görə (qatarda rahat gecələmək üçün hər cür şəraitin olması, yataq dəstinin təqdim olunması, siniflər üzrə fərqli xidmətlər) formalaşdırılır.

- Bakı-Balakən-Bakı reysinin açılması üçün başqa hansı işlər görüldü?

- Bakı-Balakən dəmir yolunda təmir işlərinin aparılmasına ehtiyac yaranmışdı. Ümumiyyətlə, ADY dəmir yollarının bərpasını mərhələli şəkildə həyata keçirir. Bundan başqa, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizliyin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi də əhəmiyyətli investisiya tələb edir. Daha davamlı və avtomatlaşdırılmış sistemlərə keçid uzunmüddətli perspektivdə faydalı olsa da, ilkin olaraq kapital xərclərinin artmasına səbəb olur. Dövrün çağırışlarına və ekoloji məqsədlərə cavab vermək üçün elektrikləşdirmə və rəqəmsallaşma kimi sahələrə böyük sərmayələr tələb olunur. Uzunluğu 164 kilometr olan Yevlax-Balakən xəttində ADY-nin daxili resursları hesabına 2023-cü ilin noyabrında genişmiqyaslı təmir işlərinə başlanılıb. Təmir zamanı sahədə olan yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, həmçinin qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə müxtəlif növ təmir işləri aparılıb, çatışmayan yol nişanları əlavə olunub. Təmir işləri başa çatdırıldıqdan sonra qatarların təhlükəsiz hərəkəti təmin olunub və hərəkət sürəti artırılıb. Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə çatırdısa, hazırda bu müddət 1 saat 15 dəqiqə azaldılıb.

- Bakı-Balakən-Bakı reysi üzrə qatarlarda sərnişinlərə hansı xidmətlər təqdim olunur?

- İlk növbədə qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” QSC transformasiya prosesindən keçib. Bununla da ADY həm texniki standartlar, həm də müştəri xidmətləri standartları, təhlükəsizliyin təmini və müştəri məmnuniyyətinin artırılması baxımından yeni səviyyəyə keçib. Bu məqsədlə Bakı-Balakən-Bakı marşrutu üzrə əvvəllər mövcud olan PL, KP, SV tipli yerlər standart, standart+ və biznes yerlər kimi dəyişdirilib və hər bir sinif üçün yeni xidmətlər (səfər dəsti, keytrinq xidməti, “Wi-Fi” və s.) müəyyən edilib. Bu xidmətlər digər marşrutlarda olduğu kimi biletin qiymətinə daxildir. Bakı-Balakən-Bakı marşrutu üzrə standart sinfə əlavə xidmətlər – səfər dəsti (qazsız su, nəm və quru salfet, qulaq tıxacı), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal daxildir.

Qatarla daha komfort şəraitdə səyahət etmək sərnişinlərə standart+ və biznes sinifləri də təklif edilir. Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 63,3 manat, Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 67,7 manat, Balakən stansiyasına minimum qiymətlər standart+ üzrə 27 manat, biznes sinif üzrə 72 manatdır.

Əslində, standart+ və biznes siniflər üzrə yerlər və müvafiq olaraq biletlərin sayı çox deyil. Biznes sinif 2 nəfərlik olduğu üçün bu da qiymətə təsir edir. Belə ki, digər sinifdə – standart+da yerlər 4 nəfərlikdir.

Biznes sinfə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (səhər yeməyi; kükü; çay / kofe limitsiz; keks), standart+ sinfə isə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (sendviç; meyvə şirəsi; çay / kofe 1 dəfə ödənişsiz) daxildir.

Sərnişinlər Bakıdan Balakənə qədər 11 stansiya və dayanacaqdan istifadə edirlər – Bakı, Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən.

Daha bir xidmət “Stadler” qatarları ilə müqayisədə sərnişinin yataq tipli qatarlarda özü ilə pulsuz olaraq daha çox yük aparmasına imkan verilməsidir. Bakı–Balakən–Bakı qatarlarında Standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kiloqramdır, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, “Stadler” qatarlarında 23 kiloqramdır.

- Bakıdan Şəki, Qax, Zaqatala, Balakən istiqamətlərində digər nəqliyyat vasitələri ilə də sərnişindaşıma həyata keçirilir. Bu bölgələrə qatar reyslərinin açılması sərnişinlərə nə kimi imkanlar verəcək?

- Dəmir yolları yeganə kritik nəqliyyat vasitəsi deyil. ADY olaraq ölkəmizin nəqliyyat şəbəkəsində biz daha bir alternativ təqdim edirik. Bu da bölgələrdə nəqliyyatın mobilliyinin, əlçatanlığının təmin edilməsinə xidmət edir. Məlum olduğu kimi, Bakıdan Balakənə avtobus, mikroavtobus və taksilər də sərnişindaşıma xidməti göstərir. Ümumilikdə, qatar ilə avtomobil nəqliyyatı vasitələrində gediş haqqı qiymətinin müqayisəsi tam doğru yanaşma deyil. İlk növbədə, nəzərə almaq lazımdır ki, qatar daha komfortludur və qatarda səfər daha təhlükəsizdir. Əlavə olaraq, gecə qatarları ilə səyahət həm rahat yatıb dincəlmək, həm də gecələmə xərclərinə qənaət etmək imkanı verir.

Bundan başqa, əlverişsiz hava şəraiti, yolda hər hansı gözlənilməz hadisə (qəza və s.) avtomobil nəqliyyatı vasitələrinin mənzil başına gecikmə ilə çatması ilə nəticələnir. Lakin qatarın öz yolu var və burada hərəkətə mane olan amillər digər nəqliyyat vasitələri ilə müqayisədə daha azdır. Qiymətlərə nəzər saldıqda aydın olur ki, qatarla səyahətin minimum qiyməti, əslində, avtobusla eyni istiqamətdə səyahətin qiymətindən çox da fərqlənmir, digər avtomobil nəqliyyatı vasitələrində gediş haqqı ilə müqayisədə isə aşağıdır. Halbuki, yuxarıda da göstərildiyi kimi, dəmir yolları ilə sərnişindaşımanın təşkili xərcləri daha yüksəkdir. Avtomobil nəqliyyatı vasitələrindən fərqli olaraq, qatarlarda sərnişinlərə səyahət seçimi imkanı yaradılır, başqa sözlə, sərnişin komfort sinfini özü seçə bilir.

Bakıdan Şəkiyə və Qaxa gediş haqqı avtobusla müvafiq olaraq 13,39 və 14,81 manat, mikroavtobusla (“Vito”) 20 manatdır. Şəkiyə çatma müddəti 5 saat, əlverişsiz hava şəraitində isə 5 saat yarım təşkil edir, Qaxa isə 5 saat – 5 saat yarım, əlverişsiz hava şəraitində isə 6 saat təşkil edir. Taksi ilə Şəki və Qaxa gediş haqqı 25 manatdır. Qatarla isə Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymət standart sinif üzrə 14,8 manatdır.

Bakıdan Zaqatalaya və Balakənə gediş haqqı avtobusla 15,82 və 16,84 manat, mikroavtobusla 25 manatdır. Zaqatalaya çatma müddəti 5 saat yarım – 6 saat, əlverişsiz hava şəraitində isə 6 saat yarım, Balakənə isə 6 saat – 6 saat yarım, əlverişsiz hava şəraitində isə 7 saat təşkil edir. Taksi ilə Zaqatala və Balakənə səfər 25-30 manat təşkil edir. Qatarla isə Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymət standart sinif üzrə 16,4 manat, Balakən stansiyasına isə 18 manatdır.

O ki, qaldı dəmir yolu stansiya və dayanacaqlarının bəzi rayonlarda yaşayış məntəqələrindən bir qədər kənarda yerləşməsinə, qatarlar dəmir yolu stansiyalarında dayandığı kimi, avtobuslar da avtovağzallarda dayanır. Yəni sərnişinlər avtovağzala gəlmək üçün müəyyən məsafə qət etdikləri kimi, dəmir yolu stansiyalarına qədər də müəyyən məsafə qət edirlər.

Sadalanan bu və digər amillər, o cümlədən xidmət keyfiyyətinin artırılması tələbi dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada gediş haqqının yenidən formalaşdırılmasına zərurət yaradıb, tariflər müəyyənləşdirilərkən mövcud reallıq nəzərə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20 Yanvar faciəsinin 35-ci ildönümü Londonda anılıb

Lənkəran şəhərində bazar ərazisində yanğın baş verib

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir

Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək

Bundesliqa: “Verder Bremen” doğma meydanda “Auqsburq”a uduzub

Premyer Liqa: “Mançester Siti”dən altı qollu qələbə

Naxçıvanda növbəti monitorinq imtahanlarında 9 mindən artıq şagird iştirak edib

Superliqa: “Fənərbağça” darmadağınla qələbə qazanıb

Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Misli Premyer Liqası: “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb

İspaniya La Liqası: “Real Madrid” liderliyə yüksəlib

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Qarsda Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyət yolları nəzərdən keçirilib

MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib

Salonikidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Premyer Liqa: “Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub olub

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləş-mobu reallaşıb VİDEO

Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib

Tarixi qonşuluğun, qardaşlığın nümunəsi - ŞƏRH

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib

Sumqayıtda “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib

Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub VİDEO

20 Yanvar faciəsi tarixə xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi həkk olunub - RƏY

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Gəncədəki Nevski adına Rus Pravoslav kilsəsində tədbir keçirilib

Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq miqyasda siyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək - RƏY

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Deputat: Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub

Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəliləyib

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

Şimal-qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir

Sumqayıtda evdə baş vermiş yanğın söndürülüb

Ümumxalq Hüzn Günü ilə əlaqədar marşrutların hərəkəti üçün alternativ yollar təşkil ediləcək

Ukrayna nəşri qanlı Yanvar faciəsindən yazıb

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstana verdiyi dəstəyin əvəzi yoxdur

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub

Azərbaycanda yanvarın 20-nə olan hava proqnozu açıqlanıb

Ordubadda tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Marneulidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır – ŞƏRH

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Həmas bir neçə saat ərzində girovların siyahısını təqdim edəcək

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq

Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

Avstriyada partiya sədri miqrasiyanı tam dayandırmağı tələb edir

Avropa İttifaqı Sub-Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb

Fransadan Çinə konyak ixracı 75 faiz azalıb

İtaliyada antik dövrə aid hamam aşkar edilib

Fransada kokain istifadəçilərinin sayı artır

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib VİDEO

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib