DÜNYA
ROMA PAPASI VƏ HÜSHİ MÜBARƏK VATİKANDA GÖRÜŞMÜŞLƏR
Misir Prezidenti martın 9-da Avstriya və Almaniyadan qayıdanbaş İtaliyada olmasına baxmayaraq, XVI Benedikt ilə görüşmək üçün bir daha bu ölkəyə gəlmişdir. Görüşdə söhbətin nədən getdiyi açıqlanmır, lakin Vatikana yaxın mənbələrin fikrincə, Fələstində parlament seçkilərində Həmasın qələbəsindən sonra Yaxın Şərqdəki vəziyyətə, habelə karikatura qalmaqalı ilə əlaqədar xristian-müsəlman qarşılıqlı münasibələrinə toxunulmuşdur. Mübarək uzun müddətdir Vatikanın İslam dünyası ilə münasibətlərində vasitəçi rolunda çıxış edir, çünki kifayət qədər mülayim siyasət yeridir.
Bundan əlavə, XVI Benedikt əsrlər boyu Misirdə müsəlmanlarla dinc yanaşı yaşayan, lakin son vaxtlar radikal əhval-ruhiyyəli müsəlman əhalisi tərəfindən ayrı-seçkiliyə məruz qalan xristian-qibtilərin vəziyyəti ilə bağlı məsələ qaldıra bilərdi. Məsələn, Misirdə yeni kilsələrin tikintisinə Prezident Mübarəkin şəxsi göstərişindən sonra imkan verilmişdir.