REGİONLAR


AĞDAŞDA KARTOF ƏKİNİ BAŞA ÇATMIŞDIR

Kartofçuluq Ağdaşda təsərrüfatın yeni sahələrindəndir. Torpaq sahibləri son illər bu gəlirli sahənin inkişafına ciddi maraq göstərirlər. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, keçən il 566 hektarda məhsul yetişdirən və sahələrdən 8048 ton kartof yığan sakinlər builki əkin kampaniyasını optimal müddətdə başa çatdırmışlar.

Cari ilin məhsulu üçün 570 hektarda kartof əkilmişdir. Əkində keyfiyyətli, məhsuldar toxumlardan istifadə edilmişdir. Kartofçuluqla daha çox məşğul olunan ərazilərdə, xüsusən Ağzıbir, Eymur, Pirəzə, Kotavan və digər kəndlərdə əkin daha keyfiyyətlə aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.