DÜNYA


34 yaşlı hüquqşünas Bolqarıstanın parlamentinin yeni sədri seçilib

Sofiya, 3 dekabr, AZƏRTAC

“Dəyişikləri davam edirik” partiyasından olan 34 yaşlı Nikola Minçev Bolqarıstanın 47-ci Milli parlamentinin sədri seçilib.

AZƏRTAC-ın məlumatına görə, partiyanın həmsədri Kiril Petkov çıxışında qeyd edib ki, bu illər ərzində Nikola Minçev özünü çox peşəkar, fəal vətəndaş mövqeyi olan döyüşçü kimi göstərib. Onun bu keyfiyyətləri, həm də yaxşı savadı, ədəb-ərkanı, ardıcıllığı 47-ci Milli Məclisə böyük töhfə verəcək.

O vurğulayıb ki, parlamentdəki partiyaların əlverişli mövqeyi tezliklə bitəcək və konkret nəticələrlə işləmək lazımdır. Nikola Minçev parlamentin azad və konstruktiv müzakirələr məkanına çevriləcəyinə söz verib. Deputatların 158-i Nikola Minçevin namizədliyinin lehinə, biri əleyhinə səs verib, 72 deputat isə bitərəf qalıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.