İDMAN
350 MİN ÇİNLİ OLİMPİADADA KÖNÜLLÜ OLMAQ İSTƏYİR
Çinin 350 mindən çox sakini 2008-ci ildə Pekində keçiriləcək Olimpiadaya könüllü xidmət etmək arzusunda olduğunu bildirmişdir. AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, könüllülərdən bu qədər ərizə 6 ay ərzində qəbul olunmuşdur.
Pekin Olimpiadasının Təşkilat Komitəsi bildirmişdir ki, ərizələrin əksəriyyəti - 180 mini - Pekindəki ali məktəblərin tələbə və müəllimlərindən, 100 mini isə ÇXR-in müxtəlif əyalətlərindən daxil olmuşdur.
Könüllülərin toplanması kampaniyası ötən ilin noyabrından həm Çində, həm də xaricdə aparılır. Yerli könüllülərdən, əsasən, Çin ədəbi dilini və ingilis dilini bilmələri tələb olunur.
2008-ci ilin Olimpiya oyunlarının bilavasitə 70 min könüllüyə ehtiyacı var. Deməli, təşkilatçılar çoxsaylı namizədlər arasında ciddi seçim etməlidirlər. Müsabiqədən keçməyən 400 min könüllünü isə Çin paytaxtının hüdudlarından kənarda yerləşdirmək nəzərdə tutulur. Onlar şəhərdən kənarda keçirilən yarışlara tamaşa edən, yaxud Böyük Çin səddinə və digər tarixi abidələrlə tanış olan qonaqlara xidmət göstərəcəklər.
Gələn il avqustun 8-də açılacaq Oyunların müxtəlif statuslu könüllülərinin ümumi sayı isə təxminəın bir milyon nəfər ola bilər.