CƏMİYYƏT
35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsinin sədri: Səsvermə üçün bütün lazımi şərait yaradılıb






Bakı, 29 yanvar, AZƏRTAC
“Bakıda 35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsində 1434 seçici qeydiyyatdadır”.
Bu barədə AZƏRTAC-a açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsinin sədri Afət Əkbərova deyib.
O qeyd edib ki, məntəqədə 5 nəfər ilk dəfə səsvermə hüququ qazanan seçicilərdir: “Hazırda məntəqədə seçici aktivliyi müşahidə olunur. Qeydiyyatda 18 yaşı yeni tamam olmuş 5 nəfər seçicimiz də var. Proses şəffaf keçirilir. Eyni zamanda, vətəndaşların rahat şəkildə səs verməsi üçün bütün lazımi şərait yaradılıb”.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.