CƏMİYYƏT


Ağdam rayonunun Orta Qışlaq kəndində yeni tibb məntəqəsi istifadəyə verilmişdir

Ağdam, 14 oktyabr (AZƏRTAC). Ağdam rayonunun Orta Qışlaq kəndində yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilmişdir. Məntəqədə əhaliyə yüksək səviyyədə tibb xidməti göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Ağdam rayonunda səhiyyənin maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir.

Sakinlər kənddə müasir tibb məntəqəsinin açılmasını yüksək dəyərləndirmiş, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Mərasim iştirakçıları daha sonra tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuşlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.