İQTİSADİYYAT
36 LAYİHƏ MALİYYƏLƏŞDİRİLMİŞDİR
Bu məbləğin 4 milyard manatını bank 36 layihənin maliyyələşdirilməsinə yönəltmişdir. Həmin vəsait Bakı, Neftçala, Xaçmaz, Beyləqan, Xırdalan, Ağcabədi, Yevlax, Dəvəçi, Quba və digər bölgələrin sahibkarlarına verilmişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, limitin qalan hissəsini – 600 milyon manatını cari ilin sonunadək almaq nəzərdə tutulur. Bankın kredit departamenti sonuncu tranşın hesabına maliyyələşdiriləcək münasib layihələri seçmişdir.
Gələn il bank Fondla birgə fəaliyyətini davam etdirmək niyyətindədir. Bu, bir sıra hallarda - bankın nizamnamə kapitalının artırılması planlarının yerinə yetirildiyi, Fondun yeni qaydalar qəbul etdiyi təqdirdə mümkün olacaqdır. Fond onun vəsaitindən bankların istifadəsinə qoyulmuş məhdudiyyəti qismən aradan qaldırmaq fikrindədir. Bankın limiti onun ümumi kapitalının indiki 30 faizindən 50 faizədək artırılacaqdır. “Respublika” bankı əvvəllər yerləşdirilmiş kreditlərin geri qaytarılması hesabına gələn il fondun vəsaitlərindən istifadə edə biləcəkdir. İndi bankın üç belə krediti var. Bu kreditlər 2002-ci ilin ortalarında Fondun birinci tranşın hesabına ən azı il yarıma verdiyi 500 milyon manat məbləğində ayrılmışdır.