MƏDƏNİYYƏT


“AVROVİZİYA” MÜSABİQƏSİNDƏ AZƏRBAYCANI TƏMSİL EDƏCƏK İFAÇININ ADI FEVRALIN 2-DƏ MƏLUM OLACAQ

Fevralın 2-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert kompleksində milli seçmə müsabiqəsi finalçılarının konserti olacaq. Elə həmin gün beynəlxalq “Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının adı da məlum olacaq. Sözügedən müsabiqənin ölkəmizə translyasiyasının təşkilatçısı olan İctimai televiziyanın nümayəndəsi Leyla Əliyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, finala gənc ifaçılar Elnur Hüseynov, Aynur İsgəndərli və “Uniformal” rok qrupu çıxmışdır. Hazırda Bakı şousunun təşkilində Ukrayna, Estoniya və İsveçli mütəxəssislər iştirak edirlər. Final konsertində əvvəlki illərin nüfuzlu mahnı müsabiqələri qaliblərinin də iştirakı gözlənilir.

Həftənin sonunadək eurovision.az saytı işləməyə başlayacaqdır. İfaçılar barədə informasiya da həmin saytda təqdim olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.