DÜNYA


3D-printerdə sümük və orqanların çap edilməsi proqramı hazırlanır

Bakı, 13 sentyabr, AZƏRTAC

Tomskda bir qrup Rusiya alimi bioprintinq deyilən 3D-printerdə sümük və orqanların çap edilməsi proqramı üzərində çalışır və onu test edir.

AZƏRTAC “Novosti sibirskoy nauki” saytına istinadən xəbər verir ki, layihənin ayrı-ayrı sahələrində gözəl nəticələr əldə edilib. Artıq Rusiyanın aparıcı klinikaları, elmi tədqiqat institutları və idarələri alimlərin bu araşdırmalarını dəstəkləməyə razı olublar.

3D-printerdə sümük və orqanların çap edilməsi texnologiyası “Gələcəyin təbabəti” texnoloji platforması üçün Tomsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Möhkəmlik Fizikası və Materialşünaslıq İnstitutunun bazasında işlənir. Elmi dairələrin məlumatına görə, yeni texnologiya üzərində iş 2018-ci ilin əvvəlində başa çatmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.