İDMAN


3x3 basketbol idman növü üzrə Avropa çempionatında millimizin rəqibləri müəyyənləşib

Bakı, 11 avqust, AZƏRTAC

Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq. Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.

Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.