İDMAN


3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub

Bakı, 13 sentyabr, AZƏRTAC

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 3x3 basketbol (stritbol) üzrə oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş birincilikdə 16 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlan və qızlardan ibarət “Təhsil” komandaları bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.