İDMAN
AZƏRBAYCANIN QADINLARDAN İBARƏT SƏRBƏST GÜLƏŞ ÜZRƏ MİLLİ KOMANDASI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qadınlardan ibarət sərbəst güləş üzrə milli komanda fevralın 13-dən 25-dək Kiyevdə, fevralın 26-dan martın 9-dək isə Minskdə təlim-məşq toplanışı keçməklə yanaşı, həm də beynəlxalq turnirlərdə iştirak edəcəklər.
Baş məşqçi Nazim Əlicanovun rəhbərlik etdiyi komandanın tərkibinə Pekin Olimpiadasına lisenziya qazanmış Mariya Stadnik (48 kq) və Olesya Zamula (63 kq) ilə yanaşı, Sona Əhmədova (59 kq), Elvira Mürsəlova (59 kq), Mariya Kaçina (63 kq), Dina İvanova və Zümrüd Qurbanhacıyeva ( hər ikisi 72 kq) cəlb edilmişlər.
Azərbaycanın qadınlardan ibarət sərbəst güləş üzrə milli komandası aprelin 1-dən 6-dək isə Pekin Olimpiadasına lisenziya qazanmaq üçün Finlandiyanın Tampere şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Lisenziya çempionatda 1-ci yeri tutan idmançılara veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]