İDMAN


AZƏRBAYCAN İDMANÇILARI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR

AZƏRTAC xəbər verir ki, aprelin 1-də Finlandiyanın Tampere şəhərində start götürəcək Avropa çempionatında çıxış edəcək Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarının heyəti müəyyənləşmişdir.

Sərbəst güləş üzrə kişilərin mübarizəsində ölkəmizin idman şərəfini Abil İbrahimov (55 kq), Allahverdi Vəliyev (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq) qoruyacaqlar.

Yunan-Roma güləşi üzrə bu mötəbər yarışda mübarizəyə Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Hüsaməddin Rəcəbov (66 kq), İlqar Abdulov (74 kq), Elvin Mürsəliyev (84 kq), Denis Mişin (96 kq), Anton Botev (120 kq) qatılacaqlar.

Zərif cinsin mübarizəsində isə Azərbaycanı Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) təmsil edəcəkdir.

Aprelin 6-da yekunlaşacaq qitə birinciliyi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.