İDMAN


AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ BEYNƏLXALQ TURNİRDƏ UĞURLU ÇIXIŞ ETMİŞLƏR

Antalyada keçirilən yeniyetmələr arasında güləş üzrə beynəlxalq “Qələbə kuboku” turniri başa çatmışdır. Azərbaycan pəhləvanları qonşu ölkədən 4 qızıl, 4 gümüş və 6 bürünc medalla qayıtmışlar.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 20 ölkədən 400-dən çox idmançının qatıldığı yarışda yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri Eldəniz Əzizli (46 kq) və Rəsul Cunayev (58 kq) qızıl, Niyaməddin İbrahimov (69 kq) gümüş, Sərxan Məmmədov (50 kq), Orxan Paşayev və Orxan İsmayılov (hər ikisi 58 kq) isə bürünc medallar qazanmışlar.

Sərbəst güləşçilərimizdən də Çingiz Qaxacov (42 kq) və İbrahim Yusubov (63 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Digər idmançılarımız Hacı Əliyev (54 kq), Aslanbek Alborov (85 kq) və Aslan Cəbişov (100 kq) ikinci, Toğrul Əskərov (46 kq), Nurlan Hacıyev (58 kq) və Fərid Mustafayev (76 kq) isə üçüncü yerlə kifayətlənmişlər.

Ümumi komanda hesabında Azərbaycan millisi ikinci yeri tutmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.