MƏDƏNİYYƏT


ELNUR HÜSEYNOV–SAMİR CAVADZADƏ DUETİ “AVROVİZİYA-2008” MÜSABİQƏSİNDƏ 8-Cİ YERİ TUTMUŞDUR

Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Elnur Hüseynov-Samir Cavadzadə dueti “Day after day” mahnısı ilə finala adlayan 25 ölkənin iştirakçısı arasında 8-ci olmuşdur.

Azərbaycan təmsilçiləri final mərhələsində 20-ci nömrə altında çıxış edirdilər. Azərbaycana ən çox xal verən Türkiyə və Macarıstan (12 xal) olmuşlar. Bundan əlavə, Ukrayna (10 xal), Rusiya (10 xal), Çexiya (10 xal), Makedoniya (8 xal), Belarus (8 xal), Moldova (8 xal), Belçika (7 xal), Andorra (7xal), Polşa (7 xal), Litva (7 xal), Latviya (4 xal), Yunanıstan (3 xal), Bolqarıstan (3 xal), İsrail (3 xal), Rumıniya (2 xal), Niderland (2 xal), Sloveniya (1 xal) və Almaniyanın (1 xal) Azərbaycana verdiyi səslər Elnur Hüseynov və Samir Cavadzadə duetinin yekun nəticəsinə təsir göstərmişdir.

Birinci yeri isə Rusiya müğənnisi Dima Bilan tutmuşdur. Ukrayna təmsilçsi Anya Lorak ikinci, Yunanıstan ifaçısı Kalomira isə üçüncü olmuşdur. Beləliklə, gələn il “Avrovziya” müsabiqəsi Rusiyada təşkil ediləcəkdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.