İDMAN


AZƏRBAYCANIN YENİYETMƏ İDMANÇILARI AVROPA BİRİNCİLİYİNDƏ QÜVVƏLƏRİNİ SINAYACAQLAR

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 22-də Latviyanın Dauqavpils şəhərində oğlan və qızlar arasında sərbəst güləş üzrə Avropa birinciliyinə start veriləcəkdir.

Qitə birinciliyində ölkəmizi 11 idmançı təmsil edəcək.

Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi yığmaya Çingiz Qazaxov (42 kq), Toğrul Əsgərov (46 kq), Nicat Muradov (50 kq), Hacı Əliyev (54 kq), Nurlan Hacıyev (58 kq), İbrahim Yusifov (63 kq), Kazım Abbasov (69 kq), Fərid Mustafayev (76 kq), Aslanbek Alborov (85 kq), və Aslan Dzebişov (100 kq) cəlb edilmişlər.

Qızların mübarizəsində isə ölkəmizi bir idmançı-Laura Məmmədova (51 kq) təmsil edəcəkdir.

Çempionata iyunun 29-da yekun vurulacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.